1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

“Heç bir kompüter kitabı əvəz edə bilməz”
09.01.2016 / No1

 


Bilirəm ki, bugünkü uşaqlar daha çox kompüterə maraq göstərirlər və bu da çox gözəldir. İnternet vasitəsilə siz bütün informasiyanı əldə edirsiniz. Amma bu gün üzümü sizə tutub xahiş edirəm ki, kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompüter kitabı əvəz edə bilməz. Ona görə, nə qədər mümkündürsə çox kitab oxuyun, tanış olun. Siz özünüz üçün tamamilə yeni bir aləm aşkar edəcəksiniz. Əlbəttə, mən sizə ilk növbədə cansağlığı arzulayıram. Mən istəyirəm ki, siz sağlam, savadlı, təhsilli böyüyəsiniz. Öz valideynlərinizi, müəllimlərinizi, bizim hamımızı, böyükləri yalnız və yalnız şad edəsiniz.


Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün təşkil etdiyi ənənəvi şənlikdəki nitqindən
 

yuxarı ⤴