1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Təhsil Nazirliyində mətbuat konfransı
09.01.2016 / No1

 

 


Dekabrın 29-da Təhsil Nazirliyində 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin məsul əməkdaşları, təhsil ekspertləri, KİV nümayəndələri iştirak ediblər.

Mətbuat konfransında 2015-ci ildə təhsil sahəsində baş verən mühüm hadisələr, Təhsil Nazirliyi tərəfindən görülən işlər, qazanılan uğurlar və həyata keçirilən tədbirlərə dair videoçarx nümayiş olunub.

Konfransda Təhsil Nazirliyinin nümayəndələri 2015-ci ildə təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar barədə KİV nümayəndələrinə məlumat veriblər. Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə diqqəti nəticəsində cari ildə əhəmiyyətli uğurlar əldə edilib və təhsil sisteminin inkişafı baxımından yeni başlanğıcın möhkəm bünövrəsi qoyulub. 2016-cı ilin təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan tədbirlərin daha müvəffəqiyyətlə həyata keçirilməsinə zəmin yaradacağına əminlik ifadə edilib.

Tədbirdə iştirak edən təhsil ekspertləri təhsillə bağlı görülən işləri yüksək qiymətləndirib və ictimaiyyətin həyata keçirilən təhsil islahatları ilə bağlı Təhsil Nazirliyini dəstəklədiyini nəzərə çatdırıblar.

Sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Mətbuat konfransının sonunda KİV təmsilçilərinə Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.

www.edu.gov.az

yuxarı ⤴