1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Musiqi məbədindən elm məbədinə” adlı birgə layihə çərçivəsində musiqili lektoriya təşkil olunub
14.01.2017 / No1

 

 


Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasında bu qurumun Alimlər Evinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi məbədindən elm məbədinə” adlı birgə layihəsi çərçivəsində musiqili lektoriya təşkil olunub.
Tədbiri AMEA-nın Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva açaraq lektoryanın görkəmli bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunduğunu qeyd edib, onun bir alim kimi elmə böyük töhfələr bəxş etdiyini, bir vətəndaş kimi hər bir azərbaycanlıya örnək ömür yaşadığını diqqətə çatdırıb.
Sonra Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova “Üzeyir Hacıbəyli - görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda mühazirə söyləyib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə musiqili lektoriyanın akademiyada ilk dəfə təşkil olunduğunu qeyd edərək tədbirin keçirilməsinin məqsədinin bu sahədə fəaliyyət göstərən alim və musiqiçilərin təcrübəsini paylaşmaq, insanların musiqi biliklərini daha da zənginləşdirmək olduğunu diqqətə çatdırıb.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli zəngin həyat yolu keçmiş bəstəkarın elmi-pedaqoji fəaliyyəti, musiqi elminin inkişafındakı xidmətlərindən və ədəbi irsinin əhəmiyyətindən danışıb.
Musiqili təqdimatla keçən tədbirdə Bakı Musiqi Akademiyasının tələbə və məzunları dünya şöhrətli bəstəkarın əsərlərindən ifalar ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴