1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Bank of Baku”-nun nümayəndələri ADNSU-da
14.01.2017 / No1

 

 

 


Yanvarın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Bank of Baku”-nun idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, “Bank of Baku”-nun idarə heyətinin sədr müavini Eldar Həmidov və bankın nümayəndələri iştirak ediblər.
Rektor M.Babanlı ADNSU-da həyata keçirilən tədris prosesindən və eyni zamanda qarşıya qoyulmuş strateji məsələlərdən, universitetdə pilot layihə kimi tətbiq olunmağa başlayan “gündəlik təcrübə” proqramından danışıb. Rektor həmçinin tələbələrin gündəlik təcrübə keçməsi və maliyyə sektoruna aid mövzular verilməsi üçün bankla əməkdaşlığa hazır olduğunu vurğulayıb.
“Biz Avropa təhsil sisteminə söykənən təhsil vermək istəyirik. Avropa təhsili bu ildən UFAZ-da verilir. Lakin təhsildə islahatlar bununla bitmir. Biz bu ildən pilot layihə kimi “gündəlik təcrübə” proqramını tətbiq etməyə başlayırıq. Bu layihəni hazırda energetika fakültəsində həyata keçiririk. Layihə tələbələri iş mühitinə hazırlamaqla yanaşı, ixtisaslar üzrə əsas mövzuları mənimsəməyə və uğurlu karyera qurmağa yardımçı olacaq” - deyə rektor, professor Mustafa Babanlı bildirib.
“Bank of Baku”-nun idarə heyətinin sədr müavini Eldar Həmidov ADNSU-nun əməkdaşlıq təklifini yüksək qiymətləndirərək bu ali təhsil müəssisəsini müştəri kimi yox, tərəfdaş kimi gördüyünü söyləyib. Bank və maliyyə sektorunda qazandıqları uğurlardan söz açan bank rəsmisi hazırda bu sahədə mövcud vakansiyalar və daha çox tələbat olan vəzifələrdən danışıb. Gənclərə bank sektorundakı vəziyyət və proseslər haqqında məlumat verməyin mühüm olduğunu deyən E.Həmidov bu işdə universitetə dəstək olmaq istədiklərini diqqətə çatdırıb, ADNSU tələbələrinə imtiyazlı kartların verilməsi məsələsini də xüsusi qeyd edib.
Görüşün yekununda tərəflər sıx əməkdaşlıq əlaqələri quraraq müzakirə olunan məsələlərin reallaşdırılması istiqamətində səy göstərilməsi barədə razılığa gəliblər.

Mətbuat xidməti

yuxarı ⤴