1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Dillər Universitetində İctimai Nəzarət Şurası yaradılıb
14.01.2017 / No1

 

 


Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən universitetdə 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Qeyd edək ki, ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil ekspertləri təmsil olunur.
Yanvarın 5-də ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Şura üzvləri ilə görüşüb. Görüş zamanı təşkilati məsələlərə baxılıb. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev İctimai Nəzarət Şurasının sədri, təhsil eksperti Nadir İsrafilov sədr müavini, “modern.az” saytının rəhbəri Elşad Eyvazlı isə Şuranın katibi seçilib.
Universitetdə aparılan islahatlar və tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Ə.Abdullayev bu istiqamətdə bir sıra vacib qərarların qəbul olunduğunu, mühüm yeniliklərin tətbiq edildiyini diqqətə çatdırıb. ADU-nun professor-müəllim heyəti, bütün kurslarda təhsil alan tələbələr ilə çoxsaylı görüşlər keçirdiyini deyən Ə.Abdullayev qarşılıqlı müzakirə şəraitində keçən bu görüşlərdə bir sıra maraqlı təkliflərin irəli sürüldüyünü söyləyib.
Ə.Abdullayev Şura üzvlərinin imtahan sessiyasının gedişini izləməsi üçün hər cür şəraitin yaradılacağını vurğulayıb.
İctimai Nəzarət Şurasının yaradılmasını yüksək qiymətləndirən Ə.Abdullayev universitetdə ədalətlilik prinsipinin qorunacağına, bu istiqamətdə birgə əməkdaşlıqdan səmərəli nəticələr əldə olunacağına ümidvar olduğunu bildirib.
Görüş zamanı tələbələr arasında sorğular keçirilməsi, imtahan sessiyasının gedişində “qaynar xətt”in fəaliyyəti və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda İctimai Nəzarət Şurasının fəaliyyət planının hazırlanması ilə bağlı İşçi qrupunun yaradılması barədə qərar qəbul edilib.

İnformasiya Departamenti

yuxarı ⤴