1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib
14.01.2017 / No1

 

 


UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günlərinə start verilib.
İlk görüşdə UNEC-in rektoru, professor Ədalət Muradovla yanaşı Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “XXI Əsr” Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri Etibar Əliyev, “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı və “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva iştirak ediblər. Onlar tələbə, valideyn və digər vətəndaşların müraciətlərini dinləyiblər. Bütün müraciətlər yerindəcə araşdırılaraq, vaxtında və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə struktur bölmələrə tapşırıqlar verilib.
UNEC-də 2016/2017-ci tədris ilinin payız imtahan sessiyası boyunca hər həftənin şənbə günü “Açıq qapı” günü keçiriləcək. Tələbə biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi məqsədi ilə təşkil edilən “Açıq qapı”da iştirak etmək istəyən ictimaiyyət nümayəndələri öncədən UNEC-in İctimaiyyətlə əlaqələr şöbəsi ilə (012 497-58-63) əlaqə saxlaya bilərlər.
UNEC-də növbəti “Açıq qapı” yanvarın 14-də keçiriləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴