1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri İncəsənət Muzeyində olublar
14.01.2017 / No1

 

 


Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbə və müəllim heyəti Azərbaycan Dövlət İncəsənət Muzeyində ekskursiyada olub. Ekskursiya həm müəllimlər, həm də tələbələr üçün maraqlı keçib. Muzey bələdçisi Gülnarə Abbasova eksponatlar haqqında ətraflı məlumat verib. Qeyd edək ki, muzey qədim əsrlərdən müasir dövrə qədər yaradılmış təsviri və dekorativ tətbiqi sənət əsərlərinin nümayiş olunduğu və qorunduğu yerdir. Təsviri incəsənətin bütün növlərini özündə tam əks etdirən muzeydə Azərbaycan, Qərbi Avropa, Rusiya, Şərq ölkələrinin incəsənəti də nümayiş olunur.
Ekspozisiyanın şöbə müdiri Təranə İsgəndərova muzey haqqında tələbə və müəllimlərə geniş məlumat verib. Bildirilib ki, muzey 1920-ci ildə qurulub və hazırda XIX əsrin axırlarında inşa olunmuş memarlıq abidələri olan iki binada fəaliyyət göstərir. Ekspozisiyada Azərbaycan, rus sənətkarlarının, həmçinin Qərbi Avropa və Şərq ölkələrinin boyakarlıq, qrafika, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət əsərləri, müxtəlif dövrlərə aid xalq yaradıcılığı nümunələri var. Muzeydə Azərbaycan realist təsviri sənətinin baniləri B.Kəngərli, M.Nəvvab və Ə.Əzimzadənin, həmçinin Azərbaycan rəssamları və heykəltəraşlarından M.Abdullayev, S.Bəhlulzadə, M.Rəhmanzadə, T.Salahov, V.Səmədova, F.Abdurrəhmanov, C.Qaryağdı, T.Məmmədov və başqalarının boyakarlıq, heykəltəraşlıq və qrafika əsərləri saxlanılır. Muzeyin Azərbaycan incəsənəti şöbəsində zərgərlik, xalçaçılıq və keramika məlumatları, xalq türküləri, milli geyimlər, musiqi alətləri, silahlar, qədim və müasir dekorativ-tətbiqi sənət nümunələri, arxeoloji qazıntı zamanı Azərbaycan ərazisindən tapılmış qəbirüstü daşlar, həndəsi naxışlı sənduqələrlə yanaşı digər ölkələrin də eksponatları nümayiş olunur. Muzeydə həmçinin mədəni-maarif işləri də aparılır, sərgilər, mühazirə və müzakirələr təşkil edilir. Muzeylə tanışlıq tələbələrə xoş ovqat bəxş edib.
 

yuxarı ⤴