1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AzTU-nun SABAH qruplarının tələbəsi Təqaüd Proqramının qalibi olub
14.01.2017 / No1

 

 

 


“Azercell”in 1 oktyabr 2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələri müəyyən edilib. Nəticələrə görə Azərbaycan universitetlərində təhsil alan 27 tələbə “Azercell”in təqaüdçüsü adına layiq görülüb.
Təqaüd Proqramını qazananlardan biri də AzTU-nun SABAH qruplarının IV kurs tələbəsi Şahin Xəlilovdur. Qeyd edək ki, Şahin Xəlilov 2016-cı ilin fevralında da “Azərcell”-in Təcrübə Proqramını qazanıb və şirkətdə hazırda təcrübə keçir. Proqramda qalib gələn tələbələr ali təhsillərinin sonunadək “Azercell” şirkətindən 200 manat məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsinə dair biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı əldə edəcəklər.
Qeyd edək ki,Tələbə Təqaüd Proqramının seçimləri iki mərhələli keçirilib. Birinci seçim mərhələsində (1 noyabr - 10 noyabr, 2016) tələbələrin onlayn şəkildə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsi, ikinci mərhələdə (14 noyabr - 27 dekabr, 2016) onların məntiqi və ingilis dili bilikləri yoxlanılıb. Eyni zamanda tələbələr “Azercell”-in İQ mütəxəssisləri və digər departamentlərinin rəhbərləri tərəfindən keçirilən müsahibələrdə iştirak ediblər. Tələbələrin akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.

Mətbuat xidməti

yuxarı ⤴