1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəbli səhifəsi
14.01.2017 / No1

 

 

 


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev uşaqlar haqqında

Fəxr edirəm ki, bizim Azərbaycanın gözəl, göyçək, istedadlı balaları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təməl əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizlə, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içində yaşayan Azərbaycanın böyük binasını qurursunuz.

Qan yaddaşımız

Azərbaycanın işğal olunmuş əraziləri

Xocavənd 02.10.1992
Xocalı 26.02.1992
Şuşa 08.05.1992
Laçın 18.05.1992
Kəlbəcər 02.04.1993
Ağdam 23.07.1993
Cəbrayıl 23.08.1993
Qubadlı 31.08.1993
Füzuli 23.08.1993
Zəngilan 29.10.1993

20 Yanvar

1990-cı il yanvarın 20-də sovet qoşunları Azərbaycana hərbi təcavüz edərək, böyük itkilərə, günahsız insanların kütləvi qətliamına səbəb olmuş Qanlı Yanvar faciəsini törətdilər. O gecə Bakı qan içində boğulurdu. Azərbaycan 70 il əvvəl olduğu kimi yenə faciəyə düçar edildi.
Həmin faciəni unutmaq olmaz! Unutsaq azadlığımızın, müstəqilliyimizin qədrini bilmərik. Dünyada isə azadlıqdan, müstəqillikdən şirin şey yoxdur.
20 Yanvarı təkcə faciə, hüzn günü kimi qiymətləndirmək olmaz. Bu hadisə xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, dünyanı heyrətə gətirən mərdlik, igidlik, haqsevərlik mübarizəsinin böyük təntənəsi kimi qiymətləndirilməlidir.

Xocalı faciəsi

1992-ci il fevralın 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri Xankəndində yerləşən rus hərbi hissələrinin köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki daha bir yaşayış məntəqəsini - Xocalını yerlə yeksan edərək, xarabalığa çevirdi. Bu, əsl soyqırımı idi. Bu faciə ermənilərin törətdikləri ən qanlı, ən dəhşətli faciə idi. Bu hadisə bütün türk dünyasının tarixi faciəsi oldu. Xocalı faciəsini törətməklə ermənilər azərbaycanlılara qarşı nifrətlərini, vəhşiliklərini bütün dünyaya nümayiş etdirdilər. Bu isə dünya ictimaiyyətini qətiyyən narahat etmədi. Sanki heç belə bir hadisə baş verməmişdi.
Azğın erməni quldurları Xocalı adlı şəhəri yer üzündən sildilər. İtkin düşənlərin və əsirlərin sonrakı taleyi barədə hələ də heç bir xəbər yoxdur.

31 mart

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi qırğına, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində “Böyük Ermənistan” xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olmuşdur.

Sübhanın ən böyük arzusu...

Sübhan Hüseynli 2004-cü ildə Bakıda anadan olub. Paytaxtdakı 129 nömrəli tam orta məktəbin VII sinfində oxuyur. 6 yaşından Nizami Rayon Uşaq- Gənclər Yaradıcılıq Mərkəzində vokal dərnəyində məşğul olur. Eyni zamanda 2012- ci ildən 33 nömrəli musiqi məktəbinin fortepiano üzrə V sinfində təhsil alır. Qeyri- adı istedadı ilə fərqlənən Sübhan mərkəzin bütün tədbirlərində fəal iştirak edir. Müxtəlif illərdə televiziya verilişlərində çıxış edib. O, Azərbaycan televiziyasında yayımlanan “Çoxbilmişlərdənsinizmi?” verilişinin fəal iştirakçısı olub, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında, Heydər Əliyev Sarayında I iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konsertlərində öz istedadını nümayiş etdirib. 2016-cı ilin martında Novruz bayramına həsr olunmuş “Folklor musiqi” müsabiqəsində “Milli solo” nominasiyası üzrə I yerə layiq görülüb və diplomla təltif olunub. Muğam mərkəzində keçirilən “İstedadlı uşaqlar festivalı - 2016”da qazandığı uğurlara görə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu ilə mükafatlandırılıb. Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilən festivalda həm aparıcı olan, həm də mahnıları ilə çıxış edən Sübhan azərbaycanlılarla bərabər, xarici qonaqlarda da xoş ovqat yaradıb. 2016-cı ilin məlum aprel hadisələrinə həsr olunmuş “Çağır məni” adlı kino-klipdə o, epizodik rolların birində çəkilib.
Sübhanın bir arzusu var: torpaqlarımız azğın düşmənlərdən tezliklə azad olunsun, öz konsert proqramları ilə Qarabağda, Şuşada qələbə bayramını qeyd etsin.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

Bu rəsm əsəri Heydər Əliyev Fondunun təsis etdiyi kataloqa daxil edilib

Bakı şəhəri 249 nömrəli tam orta məktəbin VI sinif şagirdi Mələk Şəfiyevanın beynəlxalq müsabiqələrdə uğur qazanan və Heydər Əliyev Fondunun təsis etdiyi kataloqa daxil edilən rəsm əsərindən biri

Xarı bülbül

Açmısan çiçəklərini,
Bəzəksən vətənimə.
Bir an boyun əyməmisən
Xətrinə hər dəyənə.
İki sözdən ibarətsən:
- Biri xarı, biri bülbül.
Tikanın var qılınc kimi,
Bülbül dostun fədai.
Sənə valeh olmayan yox,
Yollarını gözləyən çox.
Nə vaxt gördümsə, qəmin var,
Taleyin payızdı, qışdı.
Kimi sancdın, xarı bülbül,
Bəxtinə ayrılıq düşdü.

Fatimə AĞAYEVA,
Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin VI sinif şagirdi


Uşaq Hüquqları

Uşaq Hüquqları haqqında Konvensiyadan

Maddə 13.1. Uşaq öz fikrini azad ifadə etmək hüququna malikdir. Bu hüquqa hər cür informasiya və ideyaları sərhədlərdən asılı olmayaraq, şifahi, yazılı və ya çap edilmiş formada, incəsənət əsərləri formasında, yaxud uşağın istədiyi digər vasitələrin köməyi ilə axtarmaq, almaq və vermək azadlığı daxildir.

Maddə 16.1. Hər hansı bir uşaq onun şəxsi həyatı, ailə həyatı, mənzilinin toxunulmazlığı və ya yazışma sirri hüququnun həyata keçirilməsinə özbaşınalıqla və ya qeyri-qanuni surətdə müdaxilə obyekti, yaxud onun şərəf və ləyaqətinə qeyri-qanuni qəsd edilmə obyekti ola bilməz.

Maddə 16.2. Uşaq belə qeyri-qanuni müdaxilə və ya qəsddən müdafiə olunmaq hüququna malikdir.

Maddə 20.1. Öz ailə mühitindən müvəqqəti və ya daimi məhrum olan, yaxud özünün mənafeyi naminə belə mühitdə qala bilməyən uşaq dövlət tərəfindən xüsusi müdafiə edilmək və yardım almaq hüquqlarına malikdir.

Maddə 27. 2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar.


Tərbiyədə 10 qızıl qayda

1. Gözləmə ki, uşağın sənin kimi və ya sənin istədiyin kimi olsun. Ona sənin kimi yox, özü kimi olmağı öyrət.
2. Uşaqdan onun üçün elədiklərinin əvəzini ödəməsini tələb etmə. Sən ona həyat vermisən, o bunun hesabını necə ödəyə bilər? O da başqasına həyat verəcək, başqası da digərinə və bu qayıtmayan minnətdarlıq qanunudur.
3. Acığını uşağın üzərinə tökmə ki, qocalanda da “acı çörək yeməyəsən”. Nə əkərsən, onu da biçərsən.
4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə çəkə biləcəyi yükü verir. İnan ki, ona öz problemləri sizinkilərdən daha ağırdır. Belə ki, o, sizə nisbətən qat-qat təcrübəsizdir.
5. Uşağı alçaltma!
6. Unutma, insanın ən vacib görüşü - onun uşaqlarla olan görüşüdür. Onlara daha çox diqqət yetir, biz heç vaxt uşağın timsalında kimin yetişdiyini bilə bilmərik.
7. Əgər uşağın üçün heç nə edə bilmirsinizsə, özünə əzab vermə. Əzabı o zaman ver ki, bacarırsan, amma etmirsən. Unutma, əgər uşaq üçün bacardığın hər şeyi etməmisənsə, deməli onun üçün kifayət qədər etməmisən.
8. Uşaq sənin təkcə həyatına hakim kəsilən, ətdən və qandan ibarət olan tiran deyil. Onu qorumağın və yaradıcılıq alovunu inkişaf etdirməyin üçün həyatın sənə verdiyi ən dəyərli töhfədir. Bu atanın və ananın sonsuz məhəbbətlə böyütdükləri “öz” uşaqları deyil, öz qəlbi, ruhu olan insandır.
9. Başqasının övladını sevməyi bacar. Öz övladına edilməsini istəmədiyin şeyləri başqasına qarşı etmə.
10. Öz övladını istənilən halda sev, hətta istedadsız, uğursuz, böyümüş olsa da. Onlarla münasibətdə olduqca sevin, çünki uşaq nə qədər ki, səninlədir, bayramdır.

Yanuş KORÇAK,
polyak pedaqoqu, yazıçı, publisist, ictimai xadim
yuxarı ⤴