1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Böyük Britaniyada təhsil alan və məzun olan bir qrup gənc yeni assosiasiyanın təqdimatını keçirib
14.01.2017 / No1

 

 

 

 


İstedadlı Azərbaycan gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsil almasını və əsl peşəkarlar kimi yetişməsini nəzərdə tutan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” öz bəhrələrini verməkdədir. Bu günlərdə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyada təhsil alan və məzun olan bir qrup azərbaycanlı gənc Azərbaycan Elm Assosiasiyasının (Azerbaijan Science Association) təqdimatını keçirib. Assosiasiyanın həmsədri və mühəndislik elmləri üzrə rəhbəri Tərlan Süleymanov hazırda Oksford Universitetində doktorantura təhsili alır. Assosiasiyanın digər həmsədri, sosial elmlər üzrə rəhbər İnqilab Şahbazov Kembric Elm Kollecinin, Şeffild Universitetinin, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunudur. Assosiasiyanın sədr müavini, tibb elmləri və innovasiya üzrə rəhbər, hazırda London Universitet Kollecində (UCL) nanotexnologiya və bərpa tibbi üzrə aspirantura təhsili alan Mədinə Quliyevadır.
Cəmiyyətin tələbatının təmin edilməsində bilik, bacarıq və vərdişlərin məcmusundan ibarət insan kapitalının önəmli rol oynadığı indiki dövrdə gənclərin elmə marağının artırılması, onların müxtəlif sahələrdə elmi tədqiqat işlərinə daha fəal cəlb edilməsi zərurəti yaranmışdır.
Assosiasiya məhz bu zərurəti dərindən dərk edən bir qrup yenilikçi və təhsildə uğur əldə etmiş azərbaycanlı gənclər tərəfindən təsis edilib. Elmin müxtəlif sahələrini əhatə edən Azərbaycan Elm Assosiasiyasının əsas məqsədi elmlə məşğul olan və maraqlanan insanları bir araya gətirərək elmin inkişafına töhfə vermək və elmli cəmiyyətin formalaşmasına dəstək olmaq, Azərbaycanda elmin inkişafına xidmət etmək, dünya elmində baş verən yeniliklərin Azərbaycan elminə və kütləvi auditoriyalarına operativ şəkildə çatdırılması və ölkədə elmə marağın artırılmasından ibarətdir. Assosiasiya fəaliyyəti dövründə müxtəlif elm sahələrinə dair aktual və prioritet məsələlərin müzakirəsi üçün forum, “dəyirmi masa”, konfranslar və digər tədbirlər keçirməyi, habelə, internet səhifələri, portalları və forumları yaratmaqla müasir elmi yeniliklərin elektron şəkildə ictimaiyyətə müntəzəm olaraq çatdırılmasını və onlayn müzakirəsinin təşkilini qarşısına məqsəd qoyub.
Azərbaycan Elm Assosiasiyası bu məqsədlə Multidissiplinar Elmi Forumun (MEF 2017) keçirilməsini nəzərdə tutub. Forumda elmin müxtəlif sahələrini əhatə edən aktual mövzular haqqında ekspert təqdimatları keçiriləcək. MEF 2017-də dünyada ali təhsilin vəziyyəti, perspektivləri və mövcud təcrübənin müzakirəyə çıxarılacağı panel də təşkil ediləcək.
Qeyd edək ki, ASA ölkəmizdə və xarici dövlətlərdə mövcud olan analoji qurumlarla əlaqələr yaradaraq, ortaq layihələr həyata keçirməyi də düşünür.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴