1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Süleyman Vəliyevin 100 illik yubileyi qeyd olunub
14.01.2017 / No1

 

 

 

 


Ramana mədəniyyət evi nəzdindəki kənd kitabxanasında yazıçı Süleyman Vəliyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə döyüşçü-yazıçının həyat yolundan, müharibə mövzusunda yazdığı roman və povestlərindən ətraflı söz açılıb. Qeyd olunub ki, ədibin müharibə mövzusunda yazdığı “Mübahisəli şəhər” kimi əsərləri müharibə nəsrimizdə layiqli yer tutur, gəncliyin və milli ordu əsgərlərinin tərbiyəsində mühüm rol oynayır.
Tədbirdə Bakı şəhəri E. Ağayev adına 198 nömrəli tam orta məktəbin müəllimləri Xırdaxanım Hüseynova, Ağca Xəlilova, Alvida Balazadə və başqaları yazıçının yaradıcılığının doğma kəndi ilə bağlılığından, uşaqlar üçün yazdığı “Şor cüllütü”, “Bığlı ağa” əsərlərindən, neftçilərə həsr etdiyi povest və hekayələrdən danışıblar. Yazıçının müxtəlif əsərlərində öz doğma kəndinin, koloritli insanlarının yığcam və mənalı obrazı yaradılıb, kənd sakinləri həm də buna görə yazıçının xatirəsini əziz tuturlar. Çıxışlarda Böyük Vətən müharibəsinə könüllü getmiş Süleyman Vəliyevin əsgər taleyi, yaşadığı faciələr xatırlanıb.
Xatirə məclisinə qonaq gəlmiş yazıçı Aslan Quliyev, filologiya elmləri doktoru Rəhim Əliyev, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy yazıçı haqda, onun böyük xalq şairi Səməd Vurğunla dostluğu barədə danışıblar.
Öz həmyerlilərinin anım tədbirində kənd sakinləri ilə bərabər yazıçının ailə üzvləri, qohumları, qızı Leyla xanım, nəvələri və müəllim kollektivi iştirak ediblər. Kənd sakini Ramil Babayevin çəkdiyi “Süleyman Vəliyev” portreti yazıçının ailə üzvlərinə hədiyyə olunub.

Xatirə XƏLİLOVA
yuxarı ⤴