1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Tələbənin “Qarabağ incisi” layihəsi uğurla başa çatıb
14.01.2017 / No1

 

 

 

 


Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisası üzrə V kursda təhsil alan tələbəsi Ruslan Hacıyevin “Qarabağ incisi” videoçarx layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olub və layihənin icrası uğurla başa çatıb.
Layihə çərçivəsində müxtəlif universitetlərdə təhsil alan tələbələr peşəkar təlimçilərin dəstəyi ilə Qarabağın mədəniyyətini, adət-ənənələrini, tarixi abidələrini öyrəniblər, həmçinin fikir mübadiləsi aparıblar. İştirakçılar komandalara ayrılıb və onlara Qarabağ mədəniyyətini əks etirən videoçarx hazırlanması üçün 1 həftə vaxt verilib.
Sonda bu videoçarxlar izlənilib və qiymətləndirilib. Qalib komandanın üzvlərinə hədiyyələr və diplomlar təqdim edilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴