1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Yeniyetmələr arasında güləş üzrə rayon turniri başa çatıb
14.01.2017 / No1

 
 

 

 

 


Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-Gənclər İdman Məktəbinin və Naxçıvan MR Güləş Federasiyasının yerli bölməsinin birgə təşkilatçılığı ilə yeniyetmə idmançılar arasında klassik güləş üzrə Sədərək rayon turniri keçirilib. 5 çəki dərəcəsi üzrə keçirilən birincilikdə 20 idmançı gücünü sınayıb. Turnir başlamazdan əvvəl Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar.
Sonra yarışa start verilib. Gərgin və maraqlı keçən birincilikdə Orxan Məmmədov (20 kq çəki dərəcəsində), Polad Rəhimov (23 kq), Yunis Zamanov (26 kq), Yusif Zamanov (29 kq), Musa Abbasov (32 kq) turnirin qalibi olublar. Sonda qaliblərə Sədərək Rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴