1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

Təsərrüfat qrupları yaradılıb
12.01.2018 / No01


 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni yaradılan təsərrüfat qruplarının rəhbər və işçiləri ilə görüş keçirilib.

Görüşdə BŞTİ-nin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov ümumi təhsil müəssisələrində təsərrüfat sahəsi ilə bağlı görülən işlər barədə məlumat verib, təsərrüfat qruplarının yaradılmasının zəruriliyindən və qarşıda duran vəzifələrdən danışıb.

 Həmçinin, təsərrüfat qruplarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Qeyd edək ki, Bakı şəhərinin 12 inzibati rayonu üzrə 5 təsərrüfat qrupu yaradılıb. Həmin qruplar Binəqədi-Nəsimi, Yasamal-Səbail-Qaradağ, Nizami-Nərimanov, Xətai-Suraxanı və Xəzər-Sabunçu-Pirallahı rayonları üzrə fəaliyyət göstərir.

Təsərrüfat qruplarının yaradılmasında əsas məqsəd ümumi təhsil müəssisələrinin maddi-texniki bazasını möhkəmləndirmək, həmçinin, təmir, tikinti, təchizat, kommunal xidmətlərdən istifadə məsələlərini, dərsliklərin vaxtında yerlərə çatdırılmasını və digər müvafiq işləri daha operativ həyata keçirməkdən ibarətdir.


 

yuxarı ⤴