1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

UNEC-də imtahan sessiyasının gedişi izlənilib
12.01.2018 / No01


 
 

 

 


UNEC İctimai Nəzarət Şurasının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

Şura üzvləri imtahan prosesinin gedişini müşahidə etdikdən sonra UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər.

Görüşdə Milli Məclisin deputatı Hikmət Babaoğlu UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, bu ildən etibarən UNEC-də ixtisas fənləri üzrə imtahanların yazılı keçirilməsinin savadlı mütəxəssislərin hazırlığında mühüm rol oynayacağını diqqətə çatdırıb.

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev UNEC-də həm tədris, həm də imtahan prosesinin ictimaiyyətə açıq olduğunu müsbət hal hesab edib, sessiya dövründə “Qaynar xətt” xidmətinin İctimai Nəzarət Şurasına həvalə edilməsini də böyük etimad adlandırıb.

Görüşdə şura üzvləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təkliflər səsləndiriblər. Qərara alınıb ki, UNEC İctimai Nəzarət Şurası təkcə sessiya dövründə deyil, bütün tədris ili boyunca fəaliyyət göstərsin.


 

yuxarı ⤴