Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

BSU-da “Açıq qapı” günü
12.01.2018 / No01

Niyazi RƏHİMOV

Yanvarın 10-da Bakı Slavyan Universitetində (BSU) payız imtahan sessiyası ilə bağlı “Açıq qapı” günü keçirilib. Tədbirdə tanınmış təhsil ekspertləri, QHT təmsilçiləri, KİV nümayəndələri və digər şəxslər iştirak edib.

BSU-nun rektoru, professor Nurlana Əliyeva öncə qonaqları qəbul edərək imtahan sessiyası ərəfəsində universitetdə imtahanlara hazırlıqla bağlı görülən işlərdən danışıb. O, imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını, məsləhət saatlarının keçirildiyini deyib: “Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. Artıq 135-dən çox fənn üzrə imtahan təşkil olunub”.

Rektor imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələrinin dərhal elan olunduğunu da deyib. N.Əliyeva onu da sözlərinə əlavə edib ki, payız imtahan sessiyasında Azərbaycan universitetləri arasında ilk dəfə olaraq BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılıb: “Yaradılmış onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də istifadə edərək onları maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala, imtahan qərargahı ilə birbaşa əlaqə yarada biləcəklər”.

N.Əliyeva tətbiq edilən hər bir layihənin, hər bir proqramın başlıca məqsədinin imtahanlarda şəffaflığı və obyektivliyi təmin etməyə yönəldiyini bir daha xatırladıb.

“Açıq qapı” günündə iştirakçılar Operativ qərargaha baş çəkərək işin gedişi ilə tanış olublar. Qərargahın rəhbəri, professor Rafiq Novruzov qonaqlara qərargahın iş prinsipi, tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə ətraflı məlumat verib.

Sonra qonaqlar auditoriyalarda imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, “ağıllı lövhə”lərin də iş prinsipləri ilə tanış olublar.

“Açıq qapı” günündə prosesi izləyən ekspertlərlə söhbətləşdik. Onların imtahan prosesinin təşkili, gedişi ilə bağlı fikirlərini öyrəndik.

İmtahanların gedişini izləyən təhsil eksperti Şahlar Əsgərov bizimlə söhbətində bildirdi ki, universitetdə imtahan sesiyası yüksək səviyyədə təşkil olunub: “İmtahan verənlərlə söhbət elədik. Tələbələr imtahanın gedişindən öz razılıqlarını bildirirlər. İmtahanlara hazırlaşmaq üçün resurslarla bağlı tələbələrin heç bir narazılığı yox idi. Narazı qaldığımız heç bir halla qarşılaşmadıq. İşin ən yaxşı tərəflərindən biri imtahan verən tələbələrin günün sonunda nəticələri əldə edəcəkləridir”. Bir neçə illər bundan qabaq universitetlərdə imtahanların bu səviyyədə keçirilməsini yalnız arzu etdiklərini deyən Şahlar Əsgərov bu gün ali təhsil müəssisələrinin həmin arzuolunan səviyyəyə gəldiyini də sözlərinə əlavə edib.

Təhsil üzrə ekspert Nadir İsrafilov da imtahan prosesinin şəffaf və obyektiv keçirildiyini müşahidə etdiyini bildirdi. “Açıq qapı” günlərinin əhəmiyyətindən söz açan təhsil eksperti bildirib ki, bu kimi tədbirlər tələbələrdə və valideynlərdə obyektivliyin təmin olunması baxımından arxayınçılıq yaradır: “Artıq onlar başa düşürlər ki, əgər hər hansı bir neqativ hal baş verərsə, müraciət edəcəkləri yerlər, sözlərini eşidəcəkləri şəxslər var. Tələbələrə imkan verilir, şərait yaradılır ki, birbaşa öz fikirlərini bildirsinlər”. N.İsrafilov BSU-da imtahanların yazılı və şifahi şəkildə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdiyini nəzərə çatdırdı.

yuxarı ⤴