Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

SDU-da Dissertasiya Şurasının ilk iclası keçirilib
12.01.2018 / No01

Yanvarın 5-də Sumqayıt Dövlət Universitetində Dissertasiya Şurasının ilk iclası keçirilib. Ali təhsil müəssisəsinin rektoru, professor Elxan Hüseynov iclası açaraq Sumqayıt Dövlət Universitetinin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Qeyd edib ki, ölkəmizdə sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafın nəticəsi olaraq elmin, təhsilin bütün sahələrində bir sıra mütərəqqi dəyişikliklər baş verib. SDU-nun formalaşmasını və fəaliyyətinin təkmilləşdirilməsini təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin imzaladığı tarixi fərman ali təhsil ocağında yüksək ixtisaslı kadrların hazırlanmasına öz mühüm töhfəsini vermişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün strateji sahələrində olduğu kimi yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gətirib çıxarmışdır.

Rektor onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 15 dekabr 2017-ci il tarixli qərarına əsasən Sumqayıt Dövlət Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirmək üçün FD.02.193 Dissertasiya Şurası yaradılıb. Ölkəmizdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə əlaqədar Dövlət Proqramının müvəffəqiyyətli və məqsədyönlü yerinə yetirilməsini təmin etmək üçün universitetdə 41 ixtisas üzrə bakalavr, 30 ixtisas və 51 ixtisaslaşma üzrə isə magistr hazırlığı yerinə yetirilir. Eyni zamanda 19 ixtisas üzrə fəlsəfə doktoru, 7 ixtisas üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün mütəxəssis hazırlığı həyata keçirilir. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Sumqayıt Dövlət Universitetində aşağıdakı ixtisaslar üzrə Dissertasiya Şuraları yaradılmışdır:3337.01 - “İnformasiya ölçmə və idarəetmə sistemləri (sahələr üzrə)” (texnika). 3303.01 - “Kimya texnologiyası və mühəndisliyi” (kimya). Qeyd olunan ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiya işlərinin müdafiəsinin keçirilməsi təmin olunacaq.
Dissertasiya Şurasının sədri, professor Əkbər Ağayev SDU-nun qabaqcıl ali təhsil müəssisələri arasında öncül sıralarda yer aldığını deyib. Bildirilib ki, Dissertasiya Şurasının yaradılması gələcəkdə ölkəmizdə kadr potensialının inkişafına böyük töhfə verəcəkdir.

Sonra Dissertasiya Şurasının Elmi katibi dosent Musa Mustafayev Ali Attestasiya Komissiyasının 26 dekabr 2017-ci il tarixli əmri ilə Dissertasiya Şurasının üzvlərini tanış edib.

İclas Dissertasiya Şurasının təşkilati məsələlərinin müzakirəsi ilə davam etdirilib.

yuxarı ⤴