Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

BDU-nun iki beynəlxalq elmi jurnalı çapdan çıxıb
12.01.2018 / No01

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu “New Materials, Compounds and Applications” (“Yeni materiallar, birləşmələr və tətbiqləri”) və “Low Dimensional Systems” jurnallarının ilk sayları çapdan çıxıb.

“Low Dimensional Systems” jurnalı Bakı Dövlət Universiteti, “New Materials, Compounds and Applications” jurnalı isə Bakı Dövlət Universiteti və “Jomard Publishing” nəşriyyatı tərəfindən təsis edilib. Qeyd edək ki, hər iki jurnalın mövzusu təsadüfi seçilməyib və Azərbaycanda ənənəvi elmi məktəblərə və tanınmış alimlərə malik olan elm sahələrinə həsr edilib. Təsisçilərin məqsədi Azərbaycan alimlərinin bu sahələrdə müntəzəm olaraq aldıqları nəticələri operativ şəkildə dünya elmi mühitinə çatdırmaq və dünya alimlərinin yeni innovativ elmi nəticələrini bu jurnallarda çap etməklə onların sənaye və iqtisadiyyatımızın aktual sahələrinə tətbiq edilməsinə nail olmaqdır.

Hər iki jurnalın redaksiya heyətinə dünyanın 15-dən çox ölkəsini təmsil edən tanınmış alimlər daxildir. Jurnalların ilk nömrələri Bakı Dövlət Universitetinin qarşıdan gələn 100 illik yubileyinə həsr edilib. Redaksiya heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalların tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indeksləmə bazalarına daxil olacağına əsas verir.

yuxarı ⤴