Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Şagirdlərin əsgərlərə bayram sovqatı
12.01.2018 / No01


 
 

 

 


Şəmkir rayon Zəyəm-Cırdaxan kənd tam orta məktəbinin bir qrup şagirdi ibtidai sinif müəllimi Lamiyə Məmmədovanın təşkilatçılığı ilə cəbhə bölgəsində yerləşən N saylı hərbi hissənin əsgərlərinə bayram sovqatı aparıblar.

Məktəblilər və musiqiçilər hərbi xidmətçilər qarşısında konsert proqramı ilə çıxış ediblər. Sonda tədbirin əsas təşkilatçısı ibtidai sinif müəllimi Lamiyə Məmmədova və başqaları hərbi hissənin fəxri fərmanı ilə təltif olunublar.

Kənan İBRAHİMOV,
Şəmkir Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 


 

yuxarı ⤴