1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

Məktəbdə ağacəkmə kampaniyası
12.01.2018 / No01


 
 

 

 


Ağsu rayonu Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədovanın təşkilatçılığı ilə “Təhsildə keyfiyyət ili” və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə icra edilən “Məktəb bağları” layihəsi çərçivəsində məktəbdə ağacəkmə kampaniyası həyata keçirilib. Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır. Müxtəlif təsirlərə məruz qalan təbiətin, ekoloji mühitin yaxşılaşdırılması və gözəlləşdirilməsinə xidmət edən kampaniyada Kəndoba kənd tam orta məktəbinin müəllim kollektivi və şagirdlər iştirak edib. Yüksək fəallıq və xoş əhvali-ruhiyyə ilə keçən iməcilikdə məktəbin həyətyanı sahəsi və ətraf ərazilər məişət tullantılarından təmizlənib, mövcud yaşıllıqlar salınıb, 50 ədəddən çox alma, armud, gavalı, ərik, gilas, nar, fındıq, heyva ağacları əkilib.

Elnarə GÜNƏŞ
 


 

yuxarı ⤴