Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/basliq.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\libraries\header.inc.php on line 60
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Warning: include(C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html) [function.include]: failed to open stream: No such file or directory in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

Warning: include() [function.include]: Failed opening 'C:\Inetpub\vhosts\tehsiltv.az\edu/content/son_xeberler.inc.html' for inclusion (include_path='.;./includes;./pear') in C:\inetpub\vhosts\tehsiltv.az\edu\templates\inner.tpl.php on line 30

“Nağıllar aləminə səyahət”
12.01.2018 / No01

Dərsdənkənar oxu-mütaliəyə həsr edilmiş dərs - musiqili ədəbi kompozisiya

Yusif ƏLİYEV

Bakı şəhəri Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbdə dərsdənkənar oxu-mütaliəyə həsr edilmiş “Nağıllar aləminə səyahət” mövzusunda dərs - musiqili ədəbi kompozisiya keçirilib. Tədbiri məktəbin müəllimi Aygün Ağayeva 5b sinfində aparıb. A.Ağayeva tədbirin məqsədi barədə iştirakçıları məlumatlandıraraq bildirib ki, V sinif ədəbiyyat proqramında şifahi xalq ədəbiyyatına böyük yer verilir. İlin birinci yarısında şagirdlər tapmacalar, atalar sözləri, nağıllar və s. ilə tanış olurlar. Lakin nağıllar haqqında tam bilgi üçün bunlar kifayət etmir, ona görə də əlavə ədəbiyyat mütaliə etmək zərurəti yaranır. Məhz bu zərurət nəzərə alınaraq şagirdlər proqramda nəzərdə tutulan nağıllardan başqa dərsdənkənar oxu dərslərində də A.S.Puşkinin, Q.X.Andersenin, Ş.Peronun, Qrimm qardaşlarının, A.Şaiqin, Z.Xəlilin və b. yazıçıların nağılları ilə tanış olurlar.

“Nağıllar aləminə səyahət” musiqili-ədəbi kompozisiyasında məhz bu biliklər öz əksini tapıb. Uşaqlar öyrəndiklərini sual-cavab, viktorina, şeir vasitəsi ilə qonaqlara çatdırıblar. Sonra şagirdlər A.S.Puşkinin “Qızıl xoruz”, Q.A.Andersenin “Düyməcik”, A.Şaiqin “Tıq-tıq xanım” nağıllarından parçalar təqdim ediblər. Sonda uşaqların ifasında nağıllar haqda şən mahnılar dinlənilib.

Dərs-tədbirdə iştirak edən qonaqlar, şagirdlər, valideynlər, müəllimlər böyük zövq alıblar. Qonaqlardan Rusiya səfirliyi nəzdində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndəsi Lyubov Yakunina qeyd edib ki, belə tədbirlər xalqlar arasında dostluğu möhkəmləndirir, çünki uşaqlar həm Azərbaycan, həm rus, həm də dünya xalqlarının yaradıcılığı ilə tanış olub bu əsərlərə öz sevgilərini nümayiş etdirirlər.

Sonda məktəbin direktoru Q.Qələndərov maraqlı dərs-tədbir təqdim etdiklərinə görə Aygün müəllimə və şagirdlərə minnətdarlığını bildirib.

yuxarı ⤴