1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

245 nömrəli tam orta məktəbdə İngilis Dili Mərkəzi açılıb
12.01.2018 / No01


 

 

 


Niyazi RƏHİMOV

Yanvarın 9-da paytaxtın Xətai rayonunda yerləşən 245 nömrəli tam orta məktəbdə “British Council” Azərbaycan Təhsil Nazirliyi və Böyük Britaniya hökumətinin dəstəyi ilə İngilis Dili Mərkəzi açıb. Açılış mərasimində məktəbin müəllim-şagird kollektivi ilə yanaşı Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmiləri, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin və “British Council-Azərbaycan”ın nümayəndələri iştirak edib. Qeyd edək ki, “British Council-Azərbaycan” tərəfindən açılan bu mərkəz birinci deyil və bir neçə təhsil ocaqlarında da mərkəzlər hazırda fəaliyyətdədir. İngilis dili mərkəzlərinin açılmasında əsas məqsəd Azərbaycanda ingilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına çıxış imkanları yaratmaqla onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir. Onu da nəzərə çatdıraq ki, Təhsil Nazirliyi və Böyük Britaniya hökumətinin dəstəyi ilə 2018-ci ildə Bakı, Sumqayıt, Gəncə və Lənkəranda daha bir neçə İngilis Dili Mərkəzinin açılışı həyata keçiriləcək.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ülviyyə İsmayılova rəhbərlik etdiyi təhsil ocağında belə bir mərkəzin açılmasının əlamətdar hadisə olduğunu bildirib. Mərkəzdə şagirdlərin təkcə ingilis dilini deyil, həmçinin bir çox xalqların mədəniyyətini öyrənəcəklərini deyib. Mərkəzin səmərəli və uğurlu olacağından ümidvar olduğunu diqqətə çatdırıb.

Mərasimdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stiven Makkormik tədbirdə iştirak etdiyi üçün məmnunluq hissi keçirdiyini bildirib. Şagirdlərin simalarında öyrənmək marağını gördüyünü vurğulayan səfir müavini mərkəzdə çoxlu sayda resursların olmasına sevindiyini deyərək bu resurslardan maksimum dərəcədə istifadə etməyi tövsiyə edib.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev tədbirdə çıxış edərək mərkəzin açılmasının şagirdlərə bir hədiyyə olduğunu deyib. Müasir cəmiyyətdə ingilis dilinin nə qədər önəmli olduğunu bildirən nazirlik rəsmisi mərkəzdən digər məktəblərin şagirdlərinin də faydalanacağını qeyd edib. Bundan başqa, mərkəzdə fəaliyyət göstərən müəllimlər arasındakı sıx əməkdaşlıq da ümumi işin xeyrinə olacaq. Rəqabəti gücləndirmək məqsədilə mərkəzlər arasında yarış və müsabiqələrin keçiriləcəyini də nəzərdə tutduqlarını deyən E.Əmrullayev tədris ocağının pedaqoji heyətinə və şagirdlərə bu işdə uğurlar arzulayıb.

“British Council-Azərbaycan” nümayəndəliyinin rəhbəri Elizabet Vayt bildirib ki, mərkəz bir növ mükəmməl inkişaf mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzdə şagirdlər təşkil olunan fəaliyyətlər əsasında ingilis dilində ünsiyyət qabiliyyətlərini praktiki təcrübədən keçirmək imkanı əldə edəcəklər.



 


 

yuxarı ⤴