1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 

Məktəblilər arasında badminton üzrə turnir
12.01.2018 / No01


 

 

 


Paytaxt məktəblilərindən ibarət komandalar arasında badminton idman növü üzrə turnir keçirilib.

Yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 276 nömrəli məktəb-liseyin idman zalında təşkil olunub.

Turnirin keçirilməsində əsas məqsəd şagirdlərin asudə vaxtını səmərəli təşkil etmək, badminton idman növünə marağını artırmaq və onlar arasında fiziki aktivlik səviyyəsini yüksəltməkdən ibarətdir.

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 260, 286 və 251 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II, III yerləri tutub.

Qalib komandalar kubok, medal və diplomla təltif edilib.
 


 

yuxarı ⤴