1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Azərbaycan Dillər Universitetində mediatur
20.01.2017 / No2

 

 

 


Yanvarın 18-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə təhsil ekspertləri, KİV nümayəndələri, QHT təmsilçiləri və ADU-nun İctimai Nəzarət Şurası üzvlərinin iştirakı ilə mediatur təşkil olunub.
Mediaturda Kütləvi İnformasiya Vasitələri və agentliklərin nümayəndələri, tele kanalların əməkdaşları ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər və pedaqoji (ingilis dili-alman dili) fakültəsində təşkil olunan imtahanların gedişini izləyib, imtahanların keçirildiyi auditoriyalara və yazı yoxlama otaqlarına baxış keçiriblər.
Mediaturdan öncə ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev iştirakçılarla görüşüb. Universitetdə tədris prosesi haqqında məlumat verən Ə.Abdullayev imtahanların yazılı formada aparıldığını bildirib.
Qeyd edək ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bəzi yeniliklər tətbiq edilib. Belə ki, universitetdə imtahan biletlərinə nömrə qoyulmur, həmçinin müvafiq otaqlar əvvəlcədən möhürlənir və tələbələr yalnız imtahana 10 dəqiqə qalmış auditoriyaya buraxılır. Mühüm yeniliklərdən biri də imtahanların Biliyin Qiymətləndirilməsi və Monitorinqi Mərkəzi tərəfindən keçirilməsidir.
İmtahan prosesində tətbiq edilən yeniliklər yazı işlərinin yoxlanılmasını da əhatə edir. Belə ki, yazı işləri yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq təsdiqlənir və anonimliyi qorunur.
Xatırladaq ki, ADU-da 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və mail@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib, İctimai Nəzarət Şurasının bütün üzvlərinin əlaqə telefonları və elektron poçt ünvanları universitetin rəsmi Facebook səhifəsində yerləşdirilib.

İnformasiya departamenti

yuxarı ⤴