1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
ATU Ukraynanın Çerkası Milli Universiteti ilə əməkdaşlığa başlayır
20.01.2017 / No2

 

 

 


Azərbaycan Texnologiya Universitetində (ATU) Ukraynanın Çerkası Milli Universitetindən gələn heyətlə görüş keçirilib. Görüşdə iki ali təhsil ocağı arasında əməkdaşlığın mümküm istiqamətləri müzakirə olunub.
ATU-nun rektoru, professor Akif Süleymanov hazırda ölkəmizdəki ali təhsil müəssisələrinə qoyulan tələblərin dəyişdiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu gün Azərbaycanda istənilən universitetin, o cümlədən ATU-nun qarşısında duran əsas vəzifələrdən biri inkişaf etməkdə olan qeyri-neft sektoru üçün yüksəkixtisaslı kadrlar hazırlamaqdır. Əsasən qida sənayesi, yüngül sənaye və metallurgiya müəssisələri üçün mütəxəssis hazırlayan ATU-nun bu sahədə üzərinə düşən iş isə daha ciddidir. Məhz buna görə də mütəxəssis hazırlığının səviyyəsini yüksəltmək üçün xarici universitetlərlə əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır. Bu cür əlaqələr tədris proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına imkan verir.
Çerkası Milli Universitetinin rektoru, professor Aleksandr Çerevko Ukrayna prezidentinin nümayəndə heyətinin tərkibində Azərbaycana səfərindən, bu səfər çərçivəsində Prezident Administrasiyası və Təhsil Nazirliyində keçirilən görüşlərdən danışıb. Qonaq qeyd edib ki, bu görüşlər Azərbaycan və Ukrayna universitetləri arasında əməkdaşlıq üçün münbit zəmin yaradır. Tələbə və müəllim mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak, ikili diplom proqramlarının tətbiqi isə bu sahədə atıla biləcək ilkin addımlardır.
Ukraynanın Təhsil və Elm Nazirliyi yanında Beynəlxalq Təhsil Mərkəzinin təmsilçisi Aydın Novruzov da iki ölkə ali təhsil müəssisələri arasında əməkdaşlığın mümkün istiqamətləri və perspektivi haqqında danışıb. O bildirib ki, Ukraynanın Təhsil və Elm Nazirliyi bu məsələdə hər cür dəstək verməyə hazırdır.
Sonra Azərbaycan Texnologiya Universiteti ilə Çerkası Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. ATU-nun rektoru, professor Akif Süleymanov və Çerkası Milli Universitetinin rektoru, professor Aleksandr Çerevko tərəfindən imzalanan sənədə əsasən əməkdaşlığın konkret istiqamətlərinin müəyyən edilməsi üçün hər iki universitetin işçi heyəti tərəfindən birgə iş aparılacaq.

Mətbuat xidməti

yuxarı ⤴