1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Əməkdar müəllim UNEC rəhbərliyinə minnətdarlıq edir
20.01.2017 / No2

 

 

 


Mən, ailəmiz və yaxınlarımız bu universitetdə yaradılmış şəffaf təhsil mühitinin canlı şahidləriyik

“Azərbaycan müəllimi” qəzetinin 14 yanvar 2017-ci il tarixli nömrəsində dərc edilmiş “Geriyə yolumuz yoxdur” adlı yazını sona qədər diqqətlə oxudum və bununla bağlı öz mülahizələrimi faktlar əsasında şərh etmək fikrinə düşdüm. Həqiqətən vaxtilə “Narxoz” adlanan ali təhsil müəssisəsində mənim ən yaxın qohumlarım oxuyublar və həmişə də çox ciddi neqativlərlə üzləşiblər. Lakin hazırda mənim 3 nəvəm UNEC kimi tanıdığımız Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır.
Birinci nəvəm - Albandzadə Nuranə Uğur qızı maliyyə fakültəsində SABAH qrupunda III kursda oxuyur, yalnız “əla” qiymətlər alır, universitet üzrə ən qabaqcıl tələbələrdən biridir, oxuduğu müddətdə heç bir problemlə üzləşməyib. Hətta onun təhsili ilə bağlı kiçik çatışmazlıq baş verdikdə belə universitetin rəhbərliyi tələbəni dinləyir, öz tövsiyələrini verir.
İkinci nəvəm - Əliyeva Günay Elşən qızı maliyyə fakültəsində II kursda təhsil alır, zərbəçidir, oxuduğu illərdə semestr imtahanları olduqca şəffaf olub, həmin fakültədə tələbələrin təhsili üçün tam mənada bütün şəraitlər yaradılmışdır.
Üçüncü nəvəm - Tağıyeva Aytac Elçin qızı bu il dünya iqtisadiyyatı fakültəsinin I kursuna daxil olub, o da semestr imtahanlarını müvəffəqiyyətlə başa vurub.
Yuxarıda qeyd olunan faktları sadalamaqla bildirmək istəyirəm ki, mən, ailəmiz və yaxınlarımız bu universitetdə yaradılmış şəffaf təhsil mühitinin canlı şahidləriyik. Mən də bir müəllim və valideyn olaraq istərdim ki, qəzetiniz vasitəsilə Təhsil Nazirliyinin və universitetin rəhbərliyinə tələbələrin təhsil alması üçün yaratdıqları münbit şəraitə görə dərin minnətdarlığımızı və təşəkkürlərimizi çatdırasınız.

Qurban HƏSƏNOV,
əməkdar müəllim

yuxarı ⤴