1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Məktəblərdə Danışıq Klubları yaradılır
20.01.2017 / No2

 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib. Layihənin məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdan ibarətdir.
Klubların səmərəli fəaliyyəti və ümumi təhsil məktəblərinə lazım olan dəstəyin göstərilməsi üçün paytaxtın 12 inzibati rayon üzrə pilot məktəblərin ingilis dili müəllimləri müvafiq təlimlərə cəlb olunur. Təlim zamanı danışıq klublarının təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları və digər məlumatlar təlimçi-müəllimlərə çatdırılır. Bu sahədə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi ətrafında fikir mübadiləsi aparılır. Təlimlər Amerikanın Azərbaycandakı səfirliyinin əməkdaşı Meri Boymer tərəfindən aparılır.
Qeyd edək ki, BŞTİ 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə həyata keçirilən 25 yeni layihədən biri də “Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsidir.
 

yuxarı ⤴