1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
UNEC-də seminar: Maliyyə xidmətlərinin inkişafı real sektorun dayanıqlılığını təmin edəcək
20.01.2017 / No2

 

 

 


UNEC-də maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda seminar keçirilib.
Seminarda fakültə nəzdində fəaliyyət göstərən kafedraların professor-müəllim heyəti iştirak edib.
Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev bildirib ki, respublikada mövcud olan vəziyyətə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində 2016-cı il səmərəli islahatlar ili olub. Maliyyə resurslarının səmərəli realizə olunması hökumətin qarşısında duran vəzifələri uğurla həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşmasına əsaslı imkan yaradıb. Məhz bu amillərdən asılı olaraq, 2016-cı ildə ölkə iqtisadiyyatında müsbət meyillər yaranıb və davam etməkdədir.
İştirakçılar “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin əhəmiyyətindən danışıblar. Qlobal maliyyə böhranının yeni mərhələyə qədəm qoyduğu bir dövrdə qarşıda duran vəzifələrə toxunaraq, böhrandan çıxış yollarının müəyyənləşməsində və onun reallaşdırılmasında Strateji Yol Xəritəsinin konkret istiqamətverici sənəd olduğunu vurğulayıblar.
Sonda G.Musayev bildirib ki, seminarda səsləndirilən fikirlər gələcəkdə tədris prosesində maliyyə və mühasibat ixtisası üzrə təhsil alan tələbələrin hazırlığında əsas istiqamətlərdən biri kimi istifadə olunacaq. Dekan əlavə olaraq qeyd edib ki, Strateji Yol Xəritəsinin ayrı-ayrı bölmələrinin öyrənilməsi, seminarda müzakirəsi və təhlili fakültədə davam etdiriləcək. Eyni zamanda tədris prosesində əsas fəaliyyət istiqaməti kimi tətbiq olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴