1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr davam edir
20.01.2017 / No2

 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr davam edir. Mühazirələr məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil olunur. Ümumi təhsil məktəblərinin VIII, IX və X siniflərində keçirilən mühazirələrdə Azərbaycanın dövlət atributları barədə ətraflı məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə 2016-cı ilin noyabr-dekabr aylarında da paytaxtın bir sıra ümumi təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr təşkil olunub.
 

yuxarı ⤴