1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Bakı təhsili son 1 ildə...
20.01.2017 / No2

 
 

 

 




Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 2016-cı ildə tədrisin keyfiyyətinin, şagirdlərin təhsilə marağının və bilik səviyyəsinin yüksəldilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması və təhsilverənlərlə işin təşkili istiqamətində səmərəli fəaliyyət göstərib, çoxsaylı müsabiqələr, tədbirlər təşkil edib, təlimlər keçirib və layihələr reallaşdırıb.

• BŞTİ-nin tabeliyində 307 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla cəmi 317 məktəb fəaliyyət göstərir.
• BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə 27 681 müəllim fəaliyyət göstərir.
• BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində 387417, xüsusi ümumi orta məktəblərdə (xüsusi siniflərdə) 3128, əyani-qiyabi axşam məktəblərində (qruplarında) isə 2479 şagird olmaqla, ümumilikdə 393024 şagird təhsil alır.
• Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu 2016-cı ildə də elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44965 nəfər qəbul edilib. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə isə 2106 nəfər qəbul olunub.
• BŞTİ-nin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə müsahibələr təşkil edilib. Müsahibələr nəticəsində 6 yaşı tamam olmayan 1545 uşaq vaxtından əvvəl I sinfə qəbul edilib.
• BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini IX sinif üzrə 26178, XI sinif üzrə isə 19766 nəfər bitirib. Paytaxt məzunlarının əksər hissəsi Azərbaycanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub.
• Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ilk dəfə olaraq dövlət hesabına məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Məktəbəhazırlıq qruplarına 5 yaşı tamam olmuş uşaqlar qəbul olunublar. BŞTİ-nin tabeliyindəki 261 məktəbdə fəaliyyət göstərən 838 məktəbəhazırlıq qrupunda 23103 uşaq təhsil alır.
• Məktəbəhazırlıq qruplarında dərs demək üçün əsasən təcrübəli, intellektual, peşəkar ibtidai sinif müəllimləri seçilib və onlar üçün iki təlim kursu təşkil olunub. Bakının ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun olaraq keçirilən öyrədici təlimlərə 850 müəllim cəlb edilib.
• 2016-cı ildə ölkə Prezidentinin sərəncamlarına əsasən paytaxtın ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə dövlət təltiflərinə layiq görülüblər. Belə ki, 10 müəllim “Tərəqqi” medalı, 12 müəllim “Əməkdar müəllim” fəxri adı alıb, 14 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 17 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılıb. Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir. Təlimə Dəstək Mərkəzinə işə qəbul müsabiqə əsasında həyata keçirilir.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsində hüquq sektoru fəaliyyətə başlayıb. Sektor BŞTİ-nin fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi, idarənin hüquq və qanuni maraqlarının müdafiə edilməsi məqsədilə yaradılıb.
• Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqəyə BŞTİ tərəfindən ümumilikdə, 877 vakant yer çıxarılıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin mayında 3 (üç) mərhələli müsabiqə keçirilib. Müsabiqəyə 628 vakant yer çıxarılıb. Müsabiqənin yekunlarına əsasən, 151 müəllimin iş yerinin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.
• Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və ölkədaxili yerdəyişməsi müsabiqəsinə isə BŞTİ tərəfindən 726 vakansiya təqdim edilib. Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin I turu üzrə 240 nəfər, II turu üzrə 122 nəfər müəllim vəzifəsinə işə qəbul edilib. Ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində digər rayonlardan (şəhərlərdən) 72 nəfər müəllimin iş yeri Bakı şəhərinə dəyişdirilib.
• Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqədə tutulmayan və sonradan yeni yaranan vakansiyalar üzrə müəllimlərin müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) işə qəbulu zamanı namizədlərin mərkəzləşdirilmiş müsabiqədə göstərdiyi nəticələrə istinad edilib. Cari tədris ili çərçivəsində müddətli müqavilə ilə 429 müəllim işə qəbul üçün göndərilib.
• BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul olunmaq üçün müsabiqə keçirilib. Müsabiqə nəticəsində 22 nəfər GÇQH rəhbəri işə qəbul edilib.
• BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrində çalışmaq istəyən şəxslər üçün müsabiqə keçirilib. Müsabiqənin birinci mərhələsində 289 nəfər laborant, 45 nəfər psixoloq, 57 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üçün müraciət etmiş şəxslər müvafiq test suallarını cavablandırıb. Onlardan 143 nəfər laborant, 29 nəfər psixoloq, 28 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifələrində çalışmaq istəyən şəxslər ikinci mərhələyə - müsahibə mərhələsinə vəsiqə qazanıb.
• Fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak etmiş paytaxt müəllimlərinin qiymətləndirilməsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə 1400-dən artıq müəllim iştirak edib.
• Məktəbəhazırlıq qruplarında çalışan 800-dən artıq müəllim imtahan verib. BŞTİ-nin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.
• Ümumi təhsil müəssisələrində strateji idarəetmənin dəstəklənməsi istiqamətində direktorlar üçün 5 günlük “Strateji Planlaşdırma” adlı təlim keçirilib.
• Məktəb psixoloqları üçün “Klinik psixologiya” mövzusunda təlim keçirilib. Təlimlərə 223 nəfər məktəb psixoloqu cəlb olunub. Eyni zamanda 37 məktəbdə 2500 valideyn və şagirdə “Yeniyetməlik böhranı dövründə valideyn-övlad münasibətləri” mövzusunda təlimlər keçirilib.
• Təhsilverənlərlə işin təşkili ilə bağlı işlər davam etdirilib. Belə ki, Türkiyə Cümhuriyyəti İzmir Şəhər Təhsil İdarəsi ilə birlikdə 30 riyaziyyat müəllimi üçün “Riyaziyyat təlimi-Qardaşlıq körpüsü” adlı təlim təşkil edilib.
• İlk dəfə olaraq Lütfi-Zadə adına Bakı I Məntiq Olimpiadası təşkil edilib. BŞTİ və “İstək” liseyinin birgə təşkilatçılığı ilə V-VI sinif şagirdləri arasında keçirilən olimpiada da paytaxtın 292 məktəbindən 23834 şagird iştirak edib. Onlardan 2375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərmiş 83 şagird mükafatçılar sırasına daxil olub.
• Bakı şəhəri məktəblərinin VII-VIII sinif şagirdləri arasında fizika, kimya, biologiya və informatika fənləri üzrə fənn müsabiqələri keçirilib. Müsabiqələrdə 315 məktəbdən 2212 şagird iştirak edib. Müsabiqənin respublika mərhələsində 59 paytaxt məktəblisi qalib olub.
• VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.
• Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini başa vura bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçirilib. İmtahanlarda iştirak etmiş 535 şəxsdən ümumi orta təhsil səviyyəsi üzrə 67 nəfər, tam orta təhsil səviyyəsi üzrə 263 nəfər müvəffəq olub.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2016-2017-ci tədris ili üzrə fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırır. Bu məqsədlə il ərzində həyata keçiriləcək 25 yeni layihəni əhatə edən 9 fəaliyyət istiqaməti müəyyənləşdirilib.
Artıq “Məktəb seminarları”, “75 Məktəb”, “Uğur üçün tədris” və “Gələcəyini qur” Gəncliyə Dəstək layihələrinə start verilib. Layihələrin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması kimi dəyərləri təbliğ etməkdən ibarətdir.
• “Məktəb seminarları” layihəsi çərçivəsində Bakının hər bir rayonu üzrə keçirilmiş təlim-seminarlara 4000-ə yaxın iştirakçı -bütün ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər qatılıb.
• “75 məktəb” layihəsi çərçivəsində keçirilən “Dəyirmi masa”lara paytaxtın bütün rayonları üzrə 600-dən çox iştirakçı qatılıb.
Layihə çərçivəsində IX sinif şagirdləri üçün seminarlara start verilib. Vaxtın idarə olunması, peşə seçimi, imtahana effektiv hazırlaşmaq kimi mövzuları əhatə edən “Müvəffəq məktəbli” adlı seminarların keçirilməsində məqsəd IX sinif şagirdlərinin imtahana hazırlıq prosesinə və düzgün peşə seçiminə dəstək olmaqdır.
• “Uğur üçün tədris” layihəsi BŞTİ, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council”un birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihəyə 56 pilot məktəb cəlb olunub.
Layihənin ilkin mərhələsində paytaxt məktəbliləri və ingilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanları keçirilib. İmtahanlarda ümumilikdə 400 nəfər VII-VIII sinif şagirdi və 600 nəfər ingilis dili müəllimi iştirak edib.
• “Gələcəyini qur” Gəncliyə Dəstək Layihəsi vasitəsilə məktəblilərin ali məktəblərə qəbul olunmasına və şəxsi inkişafına dəstək verilir. Aztəminatlı ailələrdən seçilən potensiallı gənclərin hərtərəfli fərdi inkişafına dəstək vermək məqsədilə “Gələcəyini qur” Gəncliyə Dəstək Layihəsi əsasında bu il 80 nəfər ali məktəblərə qəbul olunub. Onlardan 64 nəfəri yüksək nəticə göstərmiş, dövlət hesabına təhsil alan tələbələrdir. Artıq 3-cü ilinə start verilən layihəyə 2016-cı ildə 2800-dən çox şagird müraciət edib. Onların arasından 155 məktəbli layihənin iştirakçısı adını qazanıb.
• Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə “Açıq dərs” layihəsi həyata keçirilib. Layihə zamanı riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə 111 “açıq dərs” keçirilib, onlara 755 müəllim cəlb edilib.
• Təhsil Nazirliyi və AMEA arasında əldə olunmuş razılaşmaya əsasən, “Elmdən təhsilə” adlı məqsədli proqram çərçivəsində Bakı məktəblərində nümunəvi dərslər təşkil edilib. Nümunəvi dərsləri AMEA-da çalışan tanınmış alimlər tədris edib.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib. Dərslərdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 305, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 18 və paytaxtda yerləşən məcburi köçkün məktəblərində təhsil alan 20 741 nəfər XI sinif şagirdinin iştirakı nəzərdə tutulub.
• VI və IX siniflərdə təhsil alan şagirdlər qiymətləndirilib. VI sinifdə qymətləndirmədə Azərbaycan dili fənni üzrə 26891 nəfər, riyaziyyat fənni üzrə isə 31697 nəfər şagird iştirak edib.
IX sinifdə təhsil alan şagirdlərin ana dili və riyaziyyat fənləri üzrə məktəbdaxili qiymətləndirilməsi təşkil edilib.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 150 məktəbdə “Məktəb icmaları” layihəsi həyata keçirilir. 2016-cı ildə paytaxt məktəblərində layihə çərçivəsində müxtəlif müsabiqələr və seminarlar təşkil edilib:
• Məktəb icmalarının bütün iştirakçıları üçün Təhsil Nazirliyi və Community.az portalı ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin iştirakı ilə “Məktəbini tanıt” adlı videoçarx müsabiqəsi keçirilib.
• “Məktəb icmaları” layihəsi çərçivəsində məktəblilər arasında “Mənim ailə hekayəmdən” adlı inşa yazı müsabiqəsi təşkil olunub.
• “Mənim vətənim” fotoşəkil müsabiqəsi keçirilib. Şagirdlər tərəfindən çəkilən şəkillər arasından ən yaxşıları münsiflər heyəti (təcrübəli fotoqraflar) tərəfindən qiymətləndirilib.
• “Kitab Kvest-i” adlı ilk onlayn müsabiqə təşkil edilib. Müsabiqədə uşaqlar, valideynlər və müəllimlər “Məktəb icmasının ən geniş oxu bilgisinə malik iştirakçısı” adı uğrunda mübarizə aparıblar.
• “Məktəb icmaları” layihəsi çərçivəsində “İdeya-2017” müsabiqəsi keçirilib. Valideynlərin məktəblilərin həyatında daha fəal iştirakının təmin edilməsi məqsədilə keçirilən müsabiqədə valideynlər müxtəlif layihələr təqdim ediblər. Təqdim olunan layihələr içərisindən 10 qalib seçilib.
• Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı ”Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində ilkin olaraq 110 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir.
• 2016-cı ildə paytaxt məktəblərindəki “Kiçik akademiya”lar fəaliyyətini uğurla davam etdirib. Hazırda 103 məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”ların əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.
• BŞTİ və “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təhsil müəssisələrində “Vətənpərvərliyin təbliğində ictimai dəstəyin artırılması” layihəsi həyata keçirilib.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin təşəbbüsü ilə BŞTİ-nin tabeliyindəki 100 məktəbdə “Milli Qəhrəmanlar guşəsi”nin yaradılmasına başlanılıb.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən şəhərin təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr keçirilib.
• Məktəblilər arasında “Şahin” hərbi-idman oyunları keçirilib. Oyunlarda Xətai rayonunun komandası I yerə, Nizami rayonunun komandası II yerə layiq görülüb.
• Məktəblilər arasında “Cəsurlar” hərbi-idman və turizm oyunları keçirilib. Yarışda ümumi təhsil məktəblərinin VII-VIII sinif şagirdləri iştirak ediblər. Final yarışında Xətai rayonunun komandası II yerə layiq görülüb.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının birgə təşkilatçılığı ilə təhsil müəssisələrində “Uşaq hüquqlarının pilləli tədrisi” proqramı çərçivəsində “açıq dərs”lər təşkil olunub.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq 3 ildir ki, Könüllülük Proqramı həyata keçirir. 2016-cı ildə 2 dəfə elan olunan Könüllülük Proqramına qoşulmaq üçün 450 müraciət daxil olub.
• Bakı şəhərindəki ümumi təhsil məktəblərində Təhsil Nazirliyinin və “ASAN xidmət”in təşkilatçılığı, Daxili İşlər Nazirliyinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” sosial aksiyası keçirilib. Aksiya çərçivəsində 6172 şagirdin “ASAN xidmət” mərkəzlərinə getmədən, məktəblərdə şəxsiyyət vəsiqəsi alması təmin olunub.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Əsgərə məktub” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, ictimaiyyətin ordu ilə birliyini daha da gücləndirmək və məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarətdir.
• Məktəblilərin və pedaqoji kollektivlərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları 2016-cı ildə də davam etdirilib.
• Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici aksiya çərçivəsində ölkənin müxtəlif bölgələrinə səfərlər ediblər.
• BŞTİ-nin təşkilatçılığı ilə məktəblilərin paytaxtdakı tarixi abidə və muzeylərə ekskursiyaları təşkil edilib.
• BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzində 100000-dən çox vətəndaşa xidmət göstərilib. 1482 vətəndaş sorğularına uyğun olaraq elektron qaydada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinə vətəndaşlar tərəfindən və müxtəlif qurumlardan 19252 məktub və 1516 elektron müraciət (05.01.2016-22.12.2016) daxil olub.
• 2016-cı təqvim ili ərzində hər həftə Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 təhsil müəssisəsi əsaslı təmir edilib, 8 məktəb üçün əlavə sinif otaqlarının, 2 məktəb üçün yeməkxananın, 1 məktəb üçün isə yeni binanın tikintisi başa çatdırılıb. Təmir-tikinti işləri yekunlaşan təhsil müəssisələrində ölkə Prezidentinin iştirakı ilə təntənəli açılış mərasimləri keçirilib. Hazırda 1 məktəb üçün əlavə sinif otaqlarının tikintisi və 1 məktəb üçün müasir tipli binanın inşası davam etdirilir. 57 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb, 11 məktəbin bufetində təmir işləri başa çatdırılıb.
Təhsil müəssisələri 2015-2016-cı tədris ilində 700 ədəd kompüter və noutbuk, 7200 dəst parta, 300 ədəd printer və surətçıxaranla təmin olunub. Eyni zamanda, 50 məktəbdə yeni müasir tipli gənclərin çağırışaqədərki hazırlığı kabineti və 100 məktəbdə linqafon kabinet quraşdırılıb.
• Paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, sentyabrın 5-dək 2016-2017-ci tədris ili üçün çap edilmiş yeni dərslik və müəllim üçün metodiki vəsaitlərin yerlərə çatdırılması təmin edilib.
• Ümumi təhsil məktəblərində birgə fəaliyyətin təşkil edilməsi Nazirlər Kabinetinin “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, həyata keçirilir.
Artıq bu məqsədlə Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün üçtərəfli birgə fəaliyyət müqavilələrinin imzalanmasına başlanılıb.
• Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar paytaxtın ümumi təhsil müəssisələrində çoxsaylı tədbirlər və “dəyirmi masa”lar təşkil olunub.
• 2016-cı ildə Bakı məktəbliləri idman sahəsində ciddi nailiyyətlərə imza atıblar. Məktəblilər XXVIII Spartakiadanın proqramına daxil olan idman oyunlarında, qılıncoynatma, triatlon, atletika, xokkey, karate, üzgüçülük, həndbol və bu kimi digər turnir, yarış, festival və olimpiadalarda, mini-futbol üzrə Bakı şəhər çempionatı, respublika şahmat festivalı”, “Formula 1” Avropa Qran-Pri yarışlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri, 17 yaşadək yeniyetmələr arasında 15-ci UEFA Avropa çempionatı, 2000-ci il təvəllüdlü və daha kiçikyaşlı qızlar arasında voleybol idman növü üzrə festivalda iştirak ediblər.
• Bakı məktəbliləri müxtəlif idman növləri, texniki və bədii yaradıcılıq üzrə beynəlxalq və respublika yarışlarında ümumilikdə 272 qızıl, 187 gümüş, 223 bürünc olmaqla 682 medal əldə edib.
• “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi keçirilib. Bakı şəhəri ilə yanaşı, respublikanın bütün şəhər və rayonlarının ümumi təhsil məktəblərini də əhatə edən müsabiqənin Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub. Müsabiqədə ümumilikdə 144 qalib müəyyən edilib. Qaliblərə Təhsil və Fövqəladə Hallar nazirliklərinin diplom və qiymətli hədiyyələri təqdim olunub.
• Bakı məktəbliləri arasında “Səni tərənnüm edirəm, Azərbaycan!” adlı mahnı və şeir müsabiqəsi, “Hüquqlarımızı tanıyaq və qoruyaq!”, “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim”, “Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasının 20 illiyi”nə həsr olunmuş inşa və rəsm müsabiqələri, “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq və “Ekolab” yarışları təşkil olunub.
• “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilib.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Bakı şəhər məktəblilərinin əl işlərindən ibarət yaradıcılıq sərgisi keçirilib. Bakı şəhərinin ümumi təhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri şagirdlərinin 1334 əl işinin nümayiş olunduğu sərgidə ümummilli lider Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işləri üstünlük təşkil edib.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Sarayda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və “Multikulturalizm ili” münasibətilə “Dostluq dünyamız” adlı ümumşəhər mahnı və rəqs festivalı keçirilib.
• Paytaxt məktəblərində Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbirlər təşkil edilib.
• BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər təşkil edilib.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri və ictimai xadimlərin yubileylərinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
• Bakı məktəblərində sağlam həyat tərzini təbliğ edən profilaktik tədbirlər keçirilib.
• 2016-cı ildə Bakı məktəblilərinin iştirakı ilə müxtəlif ekoloji aksiyalar keçirilib:
• IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində “Yaşıl dağ” aksiyası təşkil edilib.
• Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “ASAN xidmət” və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə keçirilən ekoloji maarifləndirici layihə davam edir.

yuxarı ⤴