1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Elm xəbərləri
20.01.2017 / No2

 
 

 

 


Metaldan üçölçülü obyektlər çap edən 3D-printer

“Markforged” şirkətinin mühəndisləri atom diffuziyası texnologiyasından istifadə edərək metaldan üçölçülü obyektlər çap edən “Metal X” 3D-printerini hazırlayıblar.
Bu texnologiyanın üçölçülü çapın digər üsullarından fərqi ondan ibarətdir ki, yeni printer obyektləri metal qırıntısından qatlarla çap etməklə yanaşı, xüsusi metal-plastik tərkibdən predmet hazırlayır. Onun yaradılması üçün metal, alüminium və ya titan tozu xüsusi plastik kütlə ilə qarışdırılır. Predmet çap edildikdən sonra plastik kütlə termo-emal prosesində hazır məmulatdan kənar edilir. Bişirmə konstruksiyanı bərkidərək onu möhkəm və etibarlı edir. “Metal X” digər 3D-printerlərdən fərqli olaraq, plastik detallar çap edə, mürəkkəb forma və strukturlarla işləyə bilir.
www.hi-news.ru  saytının məlumatına görə, yeni printerin qiyməti (yüz min dollara yaxın) rəqib şirkətlərin təklif etdiyindən əhəmiyyətli dərəcədə ucuzdur. “Martforged”in direktoru Qreq Mark bildirir ki, metaldan üçölçülü obyektlər çap edən bahalı və böyük 3D-printerlər keçmişdə qaldı. Belə ki, artıq nisbətən kiçik istehsal emalatxanaları da bu kimi qurğuları əldə edə biləcəklər.

Bank kartları və nağd pul olmadan ödəniş etmək mümkün olacaq

Cənubi Koreyanın maliyyə xidmətləri üzrə komissiyası 2017-ci ilin birinci yarısında biometrik ödənişlərin pilot layihəsinə start verməyi planlaşdırır.
www.psm7.com  saytının məlumatına görə, istehlakçılar mağazalarda bank kartı və nağd pul olmadan ödəniş edə biləcəklər. Bunun üçün xüsusi hesablayıcı qurğuya ovucla toxunmaq kifayətdir. Skaner ovucdakı damarların cizgilərini tanıyaraq onu məlumat bazasında saxlanılan elektron nümunə ilə müqayisə edəcək. Ödəniş üçün pul müştərinin cari hesabından çıxılacaq.
Komissiya pilot layihənin detalları haqqında daha sonra məlumat verəcək.

Gözlə idarə olunan smartfon hazırlanıb

Çinin smartfon və telekommunikasiya avadanlıqları istehsalçısı olan “ZTE” şirkəti istifadəçinin göz bəbəyinin hərəkətləri ilə verilən əmrlərə tabe olan smartfon hazırlayıb.
www.tass.ru  saytının məlumatına görə, smartfonun ön kamerası xüsusi texnologiya ilə təchiz edilib ki, bu da qurğuya göz hərəkətlərinə reaksiya verməkdə kömək edir. Telefonun xarici səthi onu asanlıqla divara bərkitməyə və zəruri olduqda yenidən çıxarmağa imkan verən xüsusi materialla örtülüb.
Hazırda sınaq mərhələsində olan qurğunun 2017-ci ilin sentyabrında ictimaiyyətə təqdim olunacağı gözlənilir.

www.ikt.az  saytının materialları
əsasında hazırladı: Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”
yuxarı ⤴