1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Pedaqogikanın zənginləşməsi naminə
20.01.2017 / No2

 

 

 


Pedaqogika üzrə elmlər doktoru Hümeyir Əhmədovun və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nigar Zeynalovanın müəllifliyi ilə Azərbaycan Dillər Universitetinin tələbələri üçün hazırlanan və bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında çap edilən “Pedaqogika” dərsliyi yaradıcılıq axtarışlarının uğurlu nəticəsi kimi dəyərləndirilməlidir.
“Pedaqogikanın ümumi əsasları”, “Pedaqoji fəaliyyətin strukturu”, “Didaktika”, “Təlimin nəzəri və metodik əsasları”, “Pedaqoji texnologiyalar və pedaqoji layihələndirmələr”, “Şəxsiyyətyönümlü təlimdə qiymətləndirmə və onun xüsusiyyətləri”, “Uşaqların yaş xüsusiyyətləri”, “Tərbiyə məsələləri”, “Məktəbdə ünsiyyətin təşkili”, “Məktəbin idarə olunması” bölmələrinin hər birində müasir tələblər baxımından şərhi verilən məsələlər mahiyyət dolğunluğu ilə mühüm əhəmiyyət kəsb edir.
Dərsliyin görkəmli pedaqoq alimlərimiz tərəfindən dəyərləndirilməsinin mühüm bir səbəbi Azərbaycan Dillər Universiteti pedaqogika kafedrası əməkdaşlarının hazırladığı orijinal fənn proqramına istinad olunmasıdır.
Nəfis şəkildə çap olunan dərslikdə ayrı-ayrı bölmələr və bunlar əsasında nəzərə çatdırılan məsələlər ilk baxışdan diqqəti cəlb edir. Problem məsələlərin izahında, şərhində anlaşıqlılıq, əhatəlilik prinsiplərinə istinad olunması xüsusi maraq doğurur. Dərsliyin əsasını təşkil edən bölmələr və onların əhatə etdiyi məsələlərin hər birində müasirlik motivləri daha aydın şəkildə nəzərə çarpır.
İnanırıq ki, dərslikdən müntəzəm, səmərəli şəkildə istifadə edən tələbələr, gələcək müəllimlər müstəqil fəaliyyət dövründə daha çox tanınacaq, səmərəli fəaliyyətləri ilə məzunları olduğu universitetlərə şan-şöhrət gətirəcəklər.

Vidadi XƏLİLOV,
professor, əməkdar müəllim

yuxarı ⤴