1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin Ali Ordeni ilə mükafatlandırılıb
23.01.2016/№3

 


Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 21-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İclasda “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.

Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin növbəti iclasının Lozanna şəhərində keçirilməsi təsadüfi deyil. Çünki bu şəhəri dünyanın “Olimpiya paytaxtı” adlandırırlar. 1894-cü ildə Pyer de Kuberten tərəfindən qurulan Beynəlxalq Olimpiya Komitəsinin mənzil-qərargahı və bir çox beynəlxalq idman federasiyalarının mərkəzi ofisləri Lozannada yerləşir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin iclasının keçirildiyi Beynəlxalq Olimpiya Komitəsinə gəldi.

Tədbirdə çıxış edən Olimpiya Həmrəyliyi Hərəkatının rəhbəri Pere Miro Azərbaycanın birinci xanımını salamlayaraq onu bu mərasimdə görməkdən şad olduqlarını bildirdi. O, Azərbaycanın yüksək təşkilatçılığı ilə keçirilən birinci Avropa Oyunlarını Olimpiya Hərəkatı tarixində mühüm hadisə kimi dəyərləndirdi.

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Ali Ordenə layiq görülən Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tərcümeyi-halı barədə mərasim iştirakçılarına məlumat verdi. O, Mehriban Əliyevanın ictimai xadim kimi fəaliyyətindən danışdı, onun Milli Gimnastika Federasiyasının prezidenti kimi bir çox Avropa və dünya səviyyəli idman tədbirlərinin keçirilməsinə rəhbərlik etdiyini vurğuladı. Patrik Hikki dedi ki, Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi bir çox nəhəng layihələrin həyata keçirilməsinə rəhbərlik edib və dünyanın nüfuzlu mükafatlarına layiq görülüb. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan Azərbaycanın birinci xanımı Fransa, Pakistan, Serbiya və Polşa prezidentləri tərəfindən ali dövlət mükafatları ilə təltif edilib. Bundan əlavə, Dünya Səhiyyə Təşkilatının mükafatına, “Qızıl ürək” beynəlxalq mükafatına və digər mükafatlara layiq görülən Mehriban Əliyeva 2012-ci ildə keçirilən “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri olub. Hazırda o, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədridir. Patrik Hikki onu da dedi ki, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə “Heydər Əliyev” ordeninə layiq görülən Mehriban Əliyevaya 2014-cü ildə Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasında Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub.

Sonra Avropada idmanın inkişafına göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi.


AZƏRTAC

yuxarı ⤴