1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 11.02.2017

// 11.02.2017

// 11.02.2017


Rəsmi xronika
28.01.2017 / No3

 
 

 

 


* Yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib.

* Dövlət başçısı İlham Əliyev yanvarın 27-də Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edib.

* Yanvarın 25-də ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 417-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

* Yanvarın 24-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

* Yanvarın 23-də ölkə başçısı İlham Əliyev Hindistan Respublikasının Prezidenti Pranab Mukherciyə bu ölkənin milli bayramı - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Dövlət başçısı İlham Əliyev yanvarın 23-də Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova bu ölkənin milli bayramı - Avstraliya Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.

* Prezident İlham Əliyev yanvarın 21-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
 

yuxarı ⤴