1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





“Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatı keçiriləcək
28.01.2017 / No3

 
 

 

 


STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə “Qızıl Bayt 2017” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.
Çempionatın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və layihələrinə dəstək verməkdir.
Bu il Təhsil Nazirliyinin dəstəyi ilə azərbaycanlı gənclər ilk dəfə olaraq çempionatda iştirak edəcək. Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.
Yarış üç mərhələdən ibarət olacaq. Layihələrin qəbulu fevralın 15-nə qədər çempionatın rəsmi səhifəsində http://goldenbyte.org/ru/  aparılacaq. 9 ildir ki, keçirilən “Qızıl Bayt” çempionatının tərəfdaşları “Microsoft”, “InterSystems”, “Intel”, “Dell”, “Stearling Studio” şirkətləridir. İndiyədək çempionata Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Estoniya kimi ölkələrdən təxminən 24 min iştirakçının 6000-dən çox işi təqdim olunub.
 

yuxarı ⤴