1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunub
28.01.2017 / No3

 
 

 

 


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tədris olunan üç ixtisas - bakalavr səviyyəsində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi”, magistratura səviyəsində isə “Enerji menecmenti” (neft sənayesində) ixtisasları Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya olunub. Bu qərar 16 yanvar 2017-ci il tarixində Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən verilib.
ADNSU-da tədris olunan bu üç ixtisasın Avropa Standartlarına uyğun sayılaraq akkreditasiya olunması Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması” 516678 TEMPUS-1-2011-DE-TEMPUS - JPCR layihəsi çərçivəsində aparılmış işi sayəsində mümkün olub.

Mətbuat xidməti
 

yuxarı ⤴