1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//18.08.2017

 
 

 
 

 
 

 
 

“Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
28.01.2017 / No3

 
 

 

 


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə”nin müddəalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” ilə ziddiyyət təşkil etdiyini, o cümlədən akademik uğursuzluq və dərslərə davamiyyətə görə tələbələrin xaric olunması tələbinin aradan qaldırıldığını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2011-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 3.9-cu bəndini rəhbər tutaraq

ƏMR EDİRƏM:

1. “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Orta ixtisas təhsil müəssisələrinin rəhbərləri “Orta ixtisas təhsili müəssisələrində tələbələrin köçürülməsi, təhsilalma formasını dəyişməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət verilməsinə dair müvəqqəti Qaydalar”ı işdə rəhbər tutsunlar.
3. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) bu əmrdən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq olunmuş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə” qüvvədən düşmüş hesab edilsin.
5. Əmrin orta ixtisas təhsili müəssisələrinə göndərilməsi, eləcə də “Azərbaycan müəllimi” qəzetində dərc edilməsi İnformasiya şöbəsinə (E.Əliyev) həvalə olunsun.
6. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılsın.


Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
27 yanvar 2017-ci il

yuxarı ⤴