1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





İlk peşə və orta ixtisas təhsili ilə bağlı görüş keçirilib
28.01.2017 / No3

 

 

 


Yanvarın 19-da Təhsil Nazirliyində Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin, “Peşəkar icmaların və gənc peşəkarlar-işçi kadrların inkişafı Agentliyi”nin, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin Azərbaycan nümayəndəliyinin əməkdaşları ilə görüş keçirilib.
İlk peşə və orta ixtisas təhsilinin inkişafı və “WorldSkills hərəkatı” mövzusunda keçirilən görüşdə Azərbaycanın və Rusiyanın ilk peşə və orta ixtisas təhsili sistemi, onun perspektiv inkişaf istiqamətləri müzakirə edilib. Həmçinin, “WorldSkills hərəkatı”, “WorldSkills Rusiya” standartlarına uyğun işçi kadrların hazırlıq keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi haqqında təqdimatlar edilib, bu sahədə hər iki ölkənin mütəxəssislərinin qarşılıqlı təcrübə və bilik mübadiləsi müzakirə olunub.
Görüşdə Azərbaycanda peşə təhsili alan bir qrup nümayəndə 17-19 may tarixlərində Rusiyada keçiriləcək “Gənc peşəkarlar” (WorldSkills Rusiya) Milli çempionatında iştirak etmək üçün dəvət alıb. Bununla yanaşı, “WorldSkills hərəkatı”na qoşulmaq üçün Rusiya təcrübəsindən faydalanmaq və “WorldSkills” çempionatında iştirak etmək üçün ilkin razılıq əldə olunub.
 

yuxarı ⤴