1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Oxucuların nəzərinə!
28.01.2017 / No3

 
 

 

 


“Azərbaycan müəllimi” qəzetinin 20 yanvar 2017-ci il tarixli nömrəsində ölkənin ali təhsil müəssisələri üzrə ötən il impakt-faktorlu beynəlxalq jurnallarda verilmiş məqalələrin statistikası dərc olunub. Məlumat üçün bildiririk ki, dünya universitetlərinin reytinqi ilə məşğul olan ən nüfuzlu qurumlar da qiymətləndirmə zamanı hər bir ali məktəbin elmi nailiyyətini, xüsusilə də impakt-faktorlu jurnallarda dərc olunan məqalələrinin sayını əsas meyar hesab edirlər. Ali məktəblərin rəhbər şəxslərindən aldığımız rəsmi məlumat əsasında hazırlanmış sözügedən statistik yazının verilməsində məqsədimiz beynəlxalq aləmdə əsas göstərici hesab edilən ölkə təhsilinin bu nailiyyətlərinin müqayisəli formada ictimaiyyətə çatdırılması olub. Lakin impakt-faktorlu jurnalların statusu ilə bağlı bəzi ali məktəblərdə olan məlumatsızlıq, universitetlər arasında yaranmış narazılıqlar hətta ölkə mətbuatında da müzakirələrə yol açıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, qəzetimizin növbəti saylarında bu məsələyə aydınlıq gətirəcəyik.

yuxarı ⤴