1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Təhsil İnstitutunda tədbir
28.01.2017 / No3

 

 

 


Yanvarın 19-da Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə ARTİ-nin direktoru vəzifəsini icra edən Emin Əmrullayev, professor-müəllim heyəti və institutun əməkdaşları iştirak ediblər.
Öncə tədbir iştirakçıları tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.
Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev çıxış edərək 20 Yanvar tarixinin xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi olduğunu qeyd edib. Bildirilib ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, həm də istiqlal yolumuzun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür. 27-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar xalqımız tərəfindən milli matəm və hüzn kimi, eyni zamanda qürur və iftixar hissi ilə xatırlanır.
Tədbirdə institutun şöbə müdiri Piralı Əliyev, elmi işçisi Nurəddin Hüseynov çıxış edərək 20 Yanvar hadisələrinin uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı və öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu qeyd ediblər.
İnstitutun direktor müavini Ənvər Abbasov çıxışında Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxaran 20 Yanvar hadisələrinin elmi əsərlərə, məqalələrə köçürülməsini tövsiyə edərək, davamlı şəkildə bu işin aparılmasını xüsusi olaraq vurğulayıb.
Tədbirin davamı olaraq yanvarın 20-də Təhsil İnstitutunun rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanında şəhidlərimizin xatirəsini yad ediblər.
 

yuxarı ⤴