1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Veteran müəllimlər Şəhidlər xiyabanını ziyarət ediblər
28.01.2017 / No3

 
 

 

 


Sumqayıt Şəhər Təhsil Şöbəsi Veteranlar Şurasının təşəbbüsü ilə ümumtəhsil məktəblərinin veteran müəllimlərindən bir qrupu hər il olduğu kimi bu il də yanvarın 20-də Bakıdakı Şəhidlər xiyabanına getmiş, qəhrəman Vətən oğullarının məzarları üzərinə tər qərənfillər düzmüşlər.
Onların arasında şəhər 3 nömrəli tam orta məktəbdən Teyyub Babayev, Tofiq Mikayılov, 14 nömrəli tam orta məktəbdən Adilə Səfərova , Zümrüd Əliyeva, 1 nömrəli tam orta məktəbdən Çingiz Tağıyev, Nəbi Səfərov, 15 nömrəli tam orta məktəbdən Mikayıl Cəbrayılov, Sabir Gülmalıyev, Baxşeyiş Quliyev, 17 nömrəli tam orta məktəbdən Rövşən Əsədov, Qurban Qurbanov və başqaları olmuşdur.
Doğma Azərbaycanımızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan övladlarımızın xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin.

Məşədi ZEYNALOV,
Sumqayıt Şəhər Təhsil Şöbəsi Veteranlar Şurasının sədri, qabaqcıl maarif xadimi
 

yuxarı ⤴