1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





ADPU-da imtahanların şəffaf keçirilməsinə ciddi nəzarət olunur
28.01.2017 / No3

 

 

 


Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq digər ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində də (ADPU) 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan şikayətlərin qısa müddətdə araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün əməli tədbirlər həyata keçirilir. İmtahanlar qrafikə uyğun olaraq hər gün vaxtında başlayır. Məlumat üçün bildirək ki, universitetdə hər gün yazılı qaydada və test üsulu ilə təxminən 4 min nəfərə yaxın tələbə imtahan verir. Yazılı qaydada imtahanlarda tələbələrə 5 sual təqdim edilir, onları cavablandırmaq üçün 2 saat 15 dəqiqə vaxt verilir. Test üsulu ilə imtahan verən tələbələrə 25 sual təqdim edilir. Onlara sualları cavablandırmaq üçün 45 dəqiqə vaxt verilir. İmtahan prosesində nizam-intizam, səliqə-sahman təmin olunub, imtahan prosesi mütəşəkkil təşkil edilib. Ona heç bir kənar müdaxilə yoxdur, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Qeyd edək ki, imtahan sessiyası yanvarın 31-də başa çatacaq.
İmtahan Qərargahına və Apelyasiya Komissiyasına edilən müraciətlər qanun çərçivəsində diqqətlə araşdırılır və müvafiq qərarlar qəbul edilir. İmtahan zamanı davranış qaydalarına əməl etməyən, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunan tələbələr imtahandan kənarlaşdırılaraq protokollaşdırılır və onların imtahan cavabları ləğv edilir.
Qeyd etdiklərimizlə yanaşı, imtahan prosesini tələbələrin valideynlərinin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin izləmələri üçün lazımi şərait yaradılıb. Universitetdə fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə nəzarət edir. ADPU-nun rektoru, professor Cəfər Cəfərov imtahanların çevik, şəffaf və obyektiv keçirilməsinə ciddi nəzarət edir.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴