1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






Mingəçevir Dövlət Universitetində imtahan sessiyası davam edir
28.01.2017 / No3

 

 

 


Məlum olduğu kimi, təhsil naziri Mikayıl Cabbarov ali və orta ixtisas təhsili müəssisələrində “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmr imzalamışdır. Nazirin əmrinə uyğun olaraq Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev 2016/2017-ci tədris ilinin payız imtahan sessiyasının təşkili və keçirilməsi barədə 27 dekabr 2016-cı il tarixdə 161 saylı müvafiq əmr imzalamışdır.
İmtahanlar hər gün başlamazdan əvvəl rektor A.Hacıyevin sədrliyi ilə təşkil olunan operativ iclasda ötən günün nəticələri müzakirə olunmaqla təhlil edilir. Neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdirləri, həmçinin imtahan götürən müəllimlər və nəzarətçilər qarşısında ciddi tələblər qoyulur, imtahanların mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilməsi istiqamətində tapşırıq və tövsiyələr verilir. Pedaqoji heyəti maraqlandıran suallara, məsələlərə aydınlıq gətirilir.
Rektor tərəfindən imtahanların keçirilməsi zamanı mütəmadi müəyyən taktiki dəyişikliklər edilir ki, bu da şəffaflığın və ictimai nəzarətin təmin edilməsinə şərait yaradır. Qeyd edək ki, imtahan sessiyasında şəffaflığı təmin etmək məqsədilə valideynlərin, ictimaiyyət nümayəndələrinin imtahanlarda iştirakına maneəsiz şərait yaradılır. Tələbələr arasında imtahanların keçirilməsi barədə anonim sorğular aparılır.
İmtahan prosesində sakitliyi təmin etmək məqsədilə tərtib olunmuş cədvələ uyğun olaraq, növbətçi müəllimlər də təyin edilir.
Əmrin müvafiq bəndinə uyğun olaraq imtahandan sonra tələbələrin biliyinin qiymətləndirilməsi zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq məqsədilə Apelyasiya Komissiyası yaradılıb. Bundan başqa, tələbələrin, valideynlərin və digər şikayətçilərin rəhbərlik ilə əlaqəsini operativ təmin etmək üçün “Qaynar xətt” də (275-32-72) təşkil olunub.
Qeyd edək ki, imtahan sessiyası fevralın 1-də başa çatacaq.

Nazim NİFTƏLİYEV,
MDU-nun Mətbuat xidmətinin rəhbəri
 

yuxarı ⤴