1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





UNEC daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
28.01.2017 / No3

 

 

 


Yanvarın 30-da UNEC-də “Təhsilin sosial-iqtisadi inkişafda rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, UNEC-in rektoru, professor Ədalət Muradov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Valeriyevna Şubenkova ilə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlərin iştirakı nəzərdə tutulub.
İki gün davam edəcək konfransda “Təhsil və sosial-iqtisadi inkişaf”, “Təhsil sektorunun inkişafı: qlobal meyillər, mütərəqqi təcrübələr və islahatlar”, “Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma” mövzularında panellər üzrə yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴