1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Azərbaycan Dillər Universitetində növbəti mediatur təşkil olunub
28.01.2017 / No3

 

 

 


Yanvarın 27-də Azərbaycan Dillər Universitetində (ADU) 2016-2017-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti mediatur təşkil olunub.
Universitetin rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. O, payız semestrinin imtahan sessiyasının şəffaf, normativ sənədlərə uyğun və qərəzsiz keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. İmtahan sessiyasında tətbiq olunan bir sıra yeniliklər barədə söz açan Ə.Abdullayev imtahanların Biliyin qiymətləndirilməsi və monitorinqi mərkəzi tərəfindən keçirildiyini, yazı işlərinin yoxlanıldıqdan sonra təkrar yoxlanılaraq anonimliyi qorunmaqla təsdiqləndiyini söyləyib. Ə.Abdullayev onu da qeyd edib ki, payız semestrinin imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə universitetdə Operativ Qərargah fəaliyyət göstərir. Tələbələrin imtahanla bağlı təklif və şikayətlərini bildirmələri üçün universitetin bütün korpuslarında möhürlənmiş şəffaf qutular yerləşdirilib. Şəffaf qutular İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə dəfələrlə açılıb, tələbələr tərəfindən bildirilən irad və təkliflər müzakirə olunub.
Sonra KİV nümayəndələri və ADU-nun İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə imtahanlar izlənilib. Mediatur iştirakçıları imtahan otaqlarına baxış keçirərək, onun gedişi ilə tanış olublar.
Monitorinq başa çatdıqdan sonra imtahanlarla bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.

ADU-nun İnformasiya Departamenti

yuxarı ⤴