1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





AzMİU-da “Gənc müəllimlər” məktəbi fəaliyyət göstərir
28.01.2017 / No3

 

 

 


Azərbaycan Memarlıq və İnşaat Universitetində bu ali təhsil müəssisəsinin rektoru, professor Gülçöhrə Məmmədovanın təşəbbüsü ilə açılan “Gənc müəllimlər” məktəbi layihəsinin təqdimatı olub. Təqdimatda universitetin professorları ilə yanaşı, pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlər də iştirak edib. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova layihə barədə məlumat verib, qeyd edib ki, sözügedən layihə universitetdə yeni çalışan gənc müəllimlərin formalaşdırılması üçün nəzərdə tutulub. Təhsildə ən ciddi problemlərdən biri olan kadr hazırlığı məsələsinə toxunan rektor bu sahədə çalışan yaşlı nəslin nümayəndələrinin müasir təfəkkürlü, müasir texnologiyalara, tələblərə bələd olan gənclərlə əvəz olunmasının, yeni nəsil müəllim ordusunun yetişməsinin vacibliyini diqqətə çatdırıb. O, layihənin gənc müəllimlərə dəstək olduğunu, bu məqsədlə onlar üçün seminarlar, treninqlər təşkil olunacağını bildirib.
AzMİU-nun elm və texnika üzrə prorektoru, professor Arif Şərifov bildirib ki, yanvarın sonuna qədər nəzərdə tutulmuş kursun gənc müəllimlərə psixologiya və ixtisas fənlərindən mühazirələr oxunacaq, qarşılıqlı fikir mübadiləsi şəraitində müzakirələr aparılacaq. A.Şərifov kursun sonunda dərslərdə iştirak edən gənc müəllimlərə sertifikat veriləcəyini bildirib.
Tədris işləri üzrə prorektor, dosent Akif Qasımov müəllim üçün vacib olan keyfiyyətləri formalaşdırmaq, yaxşı pedaqoq kimi yetişmək üçün bu məktəbin əhəmiyyətini vurğulayıb, gənc müəllimlərə uğurlar diləyib.
İxtisasartırma fakültəsinin dekanı Cəmilə İmaməliyevanın verdiyi məlumata görə, “Gənc müəllimlər” məktəbində dərslər uğurla davam edir. Məktəbdə dərslər həftədə 3 dəfə keçilir, gənc müəllimlər dərslərdə fəal iştirak edir. AzMİU-nun müəllimləri ilə yanaşı, Bakı Dövlət Universitetindən, Təhsil Nazirliyindən dəvət olunmuş müəllimlər və mütəxəssislər də gənc müəllimlərə mühazirələr oxuyur. Əsasən, psixologiya, pedaqogika və ixtisas fənlərindən mühazirələr oxunur, dərslər qarşılıqlı fikir mübadiləsi, müzakirələr formasında keçirilir. Gənc müəllimlərin bu layihəyə marağı böyükdür, onlar həvəslə dərslərə qatılır, mühazirələrdə iştirak edirlər.
“Gənc müəllimlər” məktəbində mühazirə oxuyan Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova belə bir məktəbin yaradılması təşəbbüsünü alqışlayıb, onun universitetdə yeni çalışan gənc müəllimlərin formalaşdırılmasına dəstək olduğunu vurğulayıb.

Mətbuat xidməti

yuxarı ⤴