1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
Aqrar Universitetinin rektoru valideynlərlə görüşüb
28.01.2017 / No3

 

 

 


Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin keyfiyyətinin və tələbələrin biliyinin qiymətləndirilməsinin mövcud vəziyyətinin öyrənilməsi, tələbələrin və valideynlərin universitetdən məmnunluq dərəcəsinin müəyyən edilməsi, onların rəy və təkliflərinin dinlənilib idarəetmə qərarlarının qəbul edilməsində nəzərə alınması qarşıya qoyulan əsas vəzifələrdəndir.
Bunları nəzərə alaraq universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun göstərişi ilə imtahan sessiyasını müşahidə etmək üçün valideynlərə şərait yaratmaqla yanaşı onlarla fakültələrdə görüşlər də təşkil edilib. Aqrar iqtisadiyyat fakültəsində təhsil alan tələbələrin bir qrupunun valideynləri ilə keçirilən görüşdə universitetdə tələbələrin təhsili üçün yaradılan şərait və imkanlar, imtahan prosesi, valideyn-universitet əlaqələrinin vacibliyi, tələbələrin sosial-məişət problemləri kimi məsələlər müzakirə olunub.
Rektor İbrahim Cəfərov valideynlərlə görüşdə deyib ki, dövlətimizin diqqəti və qayğısı nəticəsində aqrar təhsilin inkişafı üçün yaradılan şərait yüksəkixtisaslı kadr hazırlığına xidmət edir.
Açıq və səmimi müzakirə şəraitində keçən görüşdə valideynlər övladlarının yaxşı təhsil almaları üçün universitetdə yaradılan şəraitdən məmnunluqlarını bildirməklə kompüterdə test üsülu ilə yanaşı yazılı və şifahi imtahan formalarının təşkilinin əhəmiyyətini, dərslərin keyfiyyəti, müvafiq fənlər üzrə kitablarla təminat, universitetdə təşkil olunan ödənişsiz xarici dil kurslarının imkanlarından səmərəli istifadə edilməsi və digər məsələlər barədə danışıblar.
Görüşə görə rektora minnətdarlıqlarını bildirən valideynlər bu kimi tədbirlərin tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasında universitet-valideyn əlaqələrinin rolunun artırılmasına mühüm töhfə olduğunu bildiriblər.

Qalib RƏHİMLİ,
Mətbuat xidmətinin rəhbəri

yuxarı ⤴