1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//13.10.2017

//13.10.2017





Rumıniya səfiri Bakı Ali Neft Məktəbində
28.01.2017 / No3

 
 

 

 


Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan İanku Bakı Ali Neft Məktəbində olub. Səfir ali məktəbin rəhbərliyi, professor-müəllim heyəti, tələbələri və əməkdaşları ilə görüşərək onlar qarşısında təqdimatla çıxış edib.
Qonağı salamlayan BANM-in rektoru Elmar Qasımov qeyd edib ki, səfirin ali məktəbdəki bu görüşü Rumıniya tarixi üçün əhəmiyyətli vaxtda baş tutur. Belə ki, yanvarın 24-ü müasir Rumıniya dövlətinin yaranması günüdür. Rektor səfiri bu münasibətlə təbrik edib.
Səfir Dan İanku BANM-in rektoru Elmar Qasımova öz təşəkkürünü bildirərək, Azərbaycana səfir təyin olunandan sonra üç ay ərzində ali məktəbə artıq ikinci dəfə gəldiyini xatırladıb. Səfir öz təqdimatında 24 yanvar 1859-cu il tarixinin müasir Rumıniya dövlətinin yaranması günü olduğunu bildirib və bu tarixin Rumıniya üçün əhəmiyyəti haqqında danışıb. Cənab Dan İanku ölkəsinin tarixi, xüsusilə neft sənayesinin inkişafı haqqında məlumat verib. O, Rumıniyanın 19-cu əsrdən başlayaraq neftçıxarma və emalı tarixindən söz açıb. Səfir vurğulayıb ki, Azərbaycan kimi Rumıniya da bərpaolunan və alternativ enerji mənbələrinin istifadə olunması sahəsində səylər göstərir. Rumıniya ilə Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir “Azərbaycanla əməkdaşlığı çoxsaylı istiqamətlərdə daha da möhkəmləndirməkdə maraqlıdırlar və BANM-ə Rumıniya universitetləri ilə tərəfdaş əlaqələrin qurulmasında dəstək göstərməyə hazırıq”, - deyə vurğulayıb.
Görüşün sonunda səfir suallara cavab verib.
Tədbirdə, həmçinin Rumıniyanın Azərbaycandakı səfirliyinin müşaviri Çiprian Mirika və səfirin nümayəndəsi Elmina Zeynalova iştirak ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

yuxarı ⤴