1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//20.10.2017






“Fizika və lirika” gecəsi
28.01.2017 / No3

 

 

 


Bakı şəhəri Həzi Aslanov adına 175 nömrəli tam orta məktəbdə “Fizika və lirika” adlı gecə keçirilib.
Fizika müəllimi, metodist, fizika üzrə fəlsəfə doktoru Ləman Hüseynlinin təşəbbüsü ilə baş tutan və Dövlət himni ilə başlayan tədbiri məktəbin direktoru, fizika üzrə fəlsəfə doktoru Qələndər Qələndərov açıb. Direktor qonaqları, müəllim və valideynləri salamlayıb, belə fənn gecələrinin təhsilin keyfiyyətinə, şagirdlərdə fənnə marağın artmasına müsbət təsir göstərdiyini vurğulayıb, şagirdlərin vətəndaş və şəxsiyyət kimi yetişmələrində təhsil və elmə yiyələnmələrinin rolunun zəruri olduğunu qeyd edib.
O, habelə tədbirin təşkilatçısı Ləman müəllimin Moskvada, Novosibirskdə, Azərbaycanın nüfuzlu jurnal və qəzetlərində dərc olunmuş metodiki məqalələrindən danışaraq onun bu fəaliyyətini yüksək dəyərləndirib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra bədii hissəsi başlanıb. Fizika fənninin digər fənlərlə inteqrasiyası əsasında təşkil edilmiş tədbirdə şagirdlər tərəfindən bir-birindən maraqlı təcrübələr, səhnəciklər, mahnılar, tapmacalar təqdim olunub, vətənpərvərlik mövzusunda şeirlər ifa edilib.
Fənn gecəsinin ən maraqlı məqamlarından biri isə uşaqların hazırladıqları mini qurğuların nümayişi olub. Fizika fənninin “elektrik”, “maqnit sahəsi” bölmələrini əhatə edən qurğular - avtomobillər, müxtəlif məişət əşyalarından düzəldilmiş neft qurğusu, DVD disklərdən hazılanmış ventilyatorlar, mini tozsoran, radioqəbuledici və s. tədbir iştirakçılarının böyük marağına səbəb olub və onlar tərəfindən şagirdlərin fizika fənninə güclü maraqlarının nəticəsi kimi dəyərləndirilib.
Tədbirdə iştirak edən Təhsil İnstitutunun şöbə müdiri, dosent Bibixanım İbadova, həmin institutun aparıçı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Əlşah Gərayov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova, 286 nömrəli tam orta məktəbin metodisti, fizika müəllimi Şərifə Hüseynova tədbir haqda ürək sözlərini deyib, şagirdlərin fəallığını yüksək dəyərləndiriblər.

Yusif ƏLİYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴