1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//15.12.2017

//15.12.2017



 
 
“Kiçik Akademiya”nın açılış mərasimi olub
28.01.2017 / No3

 

 

 


Bakıdakı 91 nömrəli tam orta məktəbdə məktəbin müəllimi Cəsarət Məcidovanın təşkilatçılığı ilə yaradılmış “Kiçik Akademiya”nın açılış mərasimi olub. Tədbirdə Bakı Dövlət Universitetinin müəllimləri, valideynlər və digər qonaqlar iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib. Məktəbin direktoru Svetlana Zülfüqarova tədbiri giriş sözü ilə açaraq yeni yaradılan “Kiçik Akademiya” haqqında məlumat verib. Bildirib ki, “Kiçik Akademiya” yaradıcılıq və tədqiqat işlərinə meyili, marağı olan, bu sahədə potensial imkanları ilə fərqlənən şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan birlikdir. Fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulub. Burada fənlər üzrə kafedralar yaradılıb və bu kafedralara metodist müəllimlər rəhbərlik edir. Akademiyanın üzərində “Elmin zirvələrini biz fəth edək” sözləri yazılmış bayrağı və loqotipi var. Direktor onu da əlavə edib ki, “Kiçik Akademiya”nın özünün müstəqil himni və döş nişanı da var.
Sonra “Kişik Akademiya”da ayrı -ayrı fənlər üzrə fəaliyyət göstərən kafedralar maraqlı təqdimatlarla çıxış ediblər.
Bakı Dövlət Universitetinin professorlarından Ramiz Tahirov, Boran Əziz, Tahir İbrahimov və Telman Xəlilov tədbirdə iştirak etmələrindən məmnun olduqlarını bildirib, belə bir tədbirin digər təhsil ocaqlarında da keçirilməsinin vacibliyindən söz açıblar.
Sonda qonaqlar məktəblilərlə xatirə şəkli çəkdiriblər.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴